Yasamal rayonunda şam ağaclarını kəsənlər cəzalandırmışlar
Bakı, 2 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 35 saylı binanın sakinləri tərəfindən çoxillik ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş şikayət yerində araşdırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı diametri 38-40 sm olan 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi faktı aşkar olunmuş və təqsirkarlar müəyyənləşdirilmişdir.
Ağacların qanunsuz kəsilməsi ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi hüquqi şəxs qismində 40 min manat məbləğində cərimə edilmiş, eyni zamanda, ərazidə yeni yaşıllıqların salınaraq mühafizə olunması və onlara qulluq göstərilməsi üçün bu quruma icrası məcburi olan göstəriş verilmişdir.
Həmin əraziyə sərəncam vermiş Yasamal Rayon İcra Hakimiyyətinə də məktubla müraciət olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]