Yasamalda nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradan şəxs saxlanılıb
Bakı, 1 may, AZƏRTAC
Paytaxtın Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb.
Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.
“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat versinlər”, - deyə məlumatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:18]
Məktəblərdə etik mühit və şagird davranışları
- 09.06.2026 [16:58]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 09.06.2026 [16:04]