“Yaşıl Azərbaycan naminə” layihəsinin iştirakçıları Oğuzda olmuşlar
Oğuz, 27 sentyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA Kampaniyası tərəfindən həyata keçirilən “Yaşıl Azərbaycan naminə” layihəsi üzrə növbəti ekoloji maarifləndirmə tədbiri sentyabrın 27-də Oğuz rayonunda keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Oğuz şəhərindəki 1 və 2 nömrəli tam orta məktəblərdə V-VIII sinif şagirdləri üçün təşkil olunan ekoloji maarifləndirmə seminarlarında ümumilikdə 140 şagird və 10 müəllim iştirak etmişdir.
Təlimləri respublikanın ali təhsil müəssisələrinin III-IV kurs tələbələrindən seçilmiş “yaşıl təlimçilər” aparmışlar. Dinləyicilərə ekoloji problemlər, ekoloji mühitin qorunmasının vacibliyi, flora və faunanın mühafizəsi, təbiətə dost münasibət hisslərinin aşılanması və digər mövzularla bağlı geniş məlumat verilmişdir.
Tədbirin yekununda təlimçilər və şagirdlər şəhərdəki 1 nömrəli orta məktəbdə yaşıllıq zolağının salınmasında iştirak etmişlər.
Layihə çərçivəsində növbəti ekoloji maarifləndirmə tədbiri Şəki şəhərində keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]