Yasser Alak: Azərbaycan investisiya və tərəfdaşlıq üçün dinamik mühit təqdim edir
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan investisiya və tərəfdaşlıq üçün dinamik və perspektivli bir mühit təqdim edir.
AZƏRTAC xəbər verir ki, bu barədə İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Biznesin İnkişafı Departamentinin direktoru Yasser Alaki İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına hazırlıqlar çərçivəsində İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda Özəl Sektor üzrə Təqdimatında deyib.
O bildirib ki, strateji coğrafi mövqeyi, böyüyən iqtisadiyyatı və diversifikasiyaya olan sadiqliyi ilə ölkə infrastruktur, energetika, kənd təsərrüfatı, loqistika və sənaye kimi sektorlarda mühüm imkanlar vəd edir.
“İslam İnkişaf Bankı (IsDB) Qrupu üzv ölkələrimizdə iqtisadi inkişafı və sosial tərəqqini dəstəkləmək missiyasına sadiq qalır. Bu missiyanın mərkəzində özəl sektorun innovasiya, iş yerlərinin yaradılması və davamlılığın hərəkətverici qüvvəsi kimi həyati rolu dayanır”, - deyə Y.Alaki qeyd edib.
Fotoqraf - Azər İbrahimov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [15:34]
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 3,5 faiz artıb
- 07.05.2026 [15:32]
® İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da
- 07.05.2026 [15:30]
® “Unibank”dan biznes sahiblərinə xüsusi təklif: Biznesinizə altıqat dəstək
- 07.05.2026 [15:18]