YAXIN GÜNLƏRDƏ ATƏT-İN DAHA BİR QRUP MÜŞAHİDƏÇİSİ AZƏRBAYCANA GƏLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzunmüddətli müşahidə missiyasının 28 üzvü yaxın günlərdə Azərbaycana gələcəkdir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının rəhbəri Boris Fırles demişdir ki, müşahidə missiyasına daxil olan 12 nəfər artıq Bakıdadır. Yaxın günlərdə isə Azərbaycana 20 ölkədən daha 28 nəfər gələcəkdir. Müşahidəçilər seçkiqabağı vəziyyəti düzgün qiymətləndirmək üçün prezidentliyə namizədlər, seçkilərdə iştirak edən və etməyən siyasi partiyaların, siyasi blokların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, eləcə də media nümayəndələri ilə görüşəcəklər.
B.Fırles bildirmişdir ki, ATƏT DTİHB-in 450 nəfərlik qısamüddətli müşahidə missiyası isə səsverməyə üç gün qalmış Azərbaycana gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]