YENİ ARXEOLOJİ TAPİNTILAR
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Naxçıvan MR ərazisində elmə məlum olmayan çox, əhəmiyyətli bir sıra tapıntılar aşkar emişdir.
İnstitutun aparıcı elmi işçisi, tarix elmləri namizədi, arxeoloq Nəcəf Müseyibovun başçılıq etdiyi ekspedisiya Ordubad rayonu ərazisindəki Gəmiqayada elmə məlum olmayan daha 200 qayaüstü təsviri qeydə almışdır. Həmin təsvirlər eramızdan əvvəl 1V minillikdən başlayaraq 1 minilliyə qədərki dövrü əhatə edir.
Ümumiyyətlə Naxçıvan ərazisində qədim dövrlərə aid 15-ə yaxın yeni abidə - Sədərəkdə eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid “Sədərək qalası”, “Cırdatəpə” yaşayış məskəni, Culfada həmin dövrə aid “Nəhəcir qalası”, İlandağın ətəklərindəki düzdə antik dövrə aid nekropol (qəbiristanlıq) , Babək rayonunda antik dövrə aid “Nuru dərəsi” yaşayış məskəni aşkar olunmuşdur.
Ekspedisiyanın ən böyük uğuru isə Şərur rayonu ərazisindəki “Ovçular təpəsi” adlanan qədim abidədən eramızdan əvvəl V minilliyin sonu, 1V minilliyin əvvəllərinə aid 3x2 santimetr həcmində, üzərində qədim Şumer-Misir mənşəli gəmi rəsmləri olan mineral daşdan ibarət amuletin (talisman) və Naxçıvan muzeyində saxlanılan gil qablardan birinin üzərində qədim Misir heroqliflərinin aşkar edilməsi sayıla bilər. Bunların hər ikisi Qafqaz ərazisində ilk tapıntıdır.
Şərur rayonu ərazisindəki gil qab üzərində Urartu-Mixi yazılarının aşkar olunması da Azərbaycan ərazisi üçün nadir tapıntıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:31]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 26.10.2026 [16:04]
Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ
- 26.10.2026 [12:30]
Sabah hava əsasən yağmursuz olacaq
- 26.10.2026 [11:11]
Tədqiqat: Yaşıl istiqrazlara investisiyada etimad amili ön plana çıxır
- 25.10.2026 [12:52]
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 25.10.2026 [11:15]
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb
- 24.10.2026 [14:46]
Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ
- 23.10.2026 [18:14]