Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyası “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövsusunda konfrans keçirmişdir

Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans keçirmişdir. 

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov konfransı açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır. Azərbaycanın müasir tarixinin Heydər Əliyevin adı, onun xilaskar və quruculuq missiyası ilə bilavasitə bağlı olduğunu vurğulayan Əli Əhmədov bildirmişdir ki, ölkəmizin çoxəsrlik tarixində bu dövrün xüsusi yeri və rolu vardır. Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlılığının və onun tarixi missiyasının yeni şəraitdə davam etdirilməsinin göstəricisidir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələrdəki qüdrətli inkişafı və bu tərəqqinin nəticələri ölkəmizin və xalqımızın gələcək taleyinə çox yüksək təsir göstərmək imkanındadır. Heydər Əliyev Azərbaycanı yalnız vətəndaş müharibəsindən xilas etməmiş, onun gələcək inkişaf planını hazırlamışdır. Ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olmasından məharətlə istifadə edən Ümummilli Lider dünyanın aparıcı neft şirkətlərinin diqqətini Azərbaycana yönəldə bilmişdir. Məhz Heydər Əliyevin diplomatik səyləri nəticəsində 1994-cü ilin sentyabrında Bakıda tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş neft kontraktı imzalanmışdır. Bu müqavilənin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycana investisiya qoyuluşu başlamışdır ki, bununla da işsizlik, yoxsulluq kimi problemlər öz həllini tapmış, respublikamız iqtisadi inkişaf yoluna qədəm qoymuşdur.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “Heydər Əliyev: şəxsiyyət və tarix münasibətlərinin dialektikası” mövzusunda məruzə ilə çıxış etmişdir.

Ulu öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu vurğulayan AMEA-nın prezidenti demişdir ki, Heydər Əliyevin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələri zaman keçdikcə daha aydın şəkildə görünməkdədir. Çünki bu fəaliyyət xalqın gələcəyi üçün uzaqgörənliklə düşünülmüş, ən yüksək dəyərlər səviyyəsində qiymətləndirilmiş və milli inkişafın strateji proqramı kimi qəbul olunmuşdur. Ümummilli Liderin milli quruculuq proqramı zamana və şəraitə uyğun olaraq uğurla həyata keçməkdədir. Dahi şəxsiyyət yaxın və uzaq hədəfləri elə dəqiqliklə müəyyənləşdirmişdir ki, hər mərhələ öz zamanında aktuallaşır, gerçəkləşir və növbəti mərhələyə doğru inkişaf edir. Bu mənada Ulu Öndərin əbədi miras qoyduğu strateji proqram yaradıcı gücə malikdir və bu güc onun təməl prinsiplərinin əsaslarındadır.

Bildirilmişdir ki, Heydər Əliyevin əsasını qoyduğu başlıca istiqamətlər demokratik dövlət quruculuğunu şərtləndirən dünyəvi, hüquqi prinsiplərə əsaslanan və elmi intellektual ehtiyatlar üzərində qurulan müasir modellərdir. Dünyanın ən çox inkişaf etmiş ölkələrinin tarixi təcrübəsində sınanan demokratik modellər və hüquqi prinsiplər Böyük Öndərin dahi düşüncəsindən keçmiş, təhlil olunmuş və tətbiq üçün hazırlanmışdır. Ona görə də Azərbaycan ən doğru demokratiya yolu ilə irəliləməkdədir. Bu gün Azərbaycanın inkişaf yolu Heydər Əliyev dühasının işığında aydınlaşır və millətin gələcəyinin daha da parlaq olması üçün möhkəm və sağlam təməllərə əsaslanır.

Qeyd olunmuşdur ki, ictimai-siyasi və mədəni həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Heydər Əliyevin dövlət quruculuğu dünyəvi demokratik prinsiplərlə milli əxlaq və milli mənəvi dəyərlər sisteminin sintezini təşkil edir. Belə fundamental quruculuq gələcəkdə daha səmərəli nəticələrin alınmasını da təmin etmək üçün böyük uzaqgörənliklə düşünülmüş siyasətin tərkib hissəsini təşkil edir.

Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov “Heydər Əliyev siyasətində demokratiya və plüralizm” mövzusundakı məruzəsində bildirmişdir ki, 1993-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyev öz proqramında bəyan etmişdir ki, Azərbaycan demokratik inkişaf yolunu seçəcək və xalqımız sivil dünyanın yolu ilə gedəcəkdir. Demokratik inkişaf yolunu tutan hər hansı bir ölkə, ilk növbədə, demokratiyanın vacib şərtlərindən olan iqtisadi inkişaf modelini müəyyən etməlidir. Ulu öndər Heydər Əliyev həmin dövrdə qətiyyətlə vurğulamışdır ki, Azərbaycan bazar münasibətləri yolu ilə gedəcəkdir. O çox yaxşı bilirdi ki, hüquqi, demokratik dövləti yalnız bazar münasibətlərinə əsaslanan bir cəmiyyətdə qurmaq olar. Ölkədə demokratik inkişafı reallaşdırmaq və demokratik islahatları keçirmək yalnız möhkəm iqtisadi bazaya əsaslanmaqla mümkündür. Buna görə də ulu öndər Heydər Əliyev iqtisadiyyatın tamamilə yenidən qurulması və iqtisadi islahatların aparılmasını ön plana çəkmişdir.

Vitse-spiker diqqətə çatdırmışdır ki, Heydər Əliyev demokratik cəmiyyət quruculuğunun vacib şərtlərindən olan demokratik təsisatların - parlament və seçki sisteminin formalaşması və inkişafına xüsusi əhəmiyyət verirdi. Qeyd etmək lazımdır ki, bütün müsəlman Şərqində ilk cümhuriyyət parlamenti 1918-ci ildə Azərbaycanda yaranmışdır. Bu mənada Azərbaycan müəyyən parlament və parlamentarizm ənənələrinə malik idi. Müasir Azərbaycan parlamentinin yaranmasının banisi Heydər Əliyev bu sahədə uğurlu işlərə imza atmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova “Heydər Əliyev irsində ailə, qadın və uşaq məsələləri vətəndaş cəmiyyətinin formalaşmasında əsas amil kimi” mövzusundakı məruzəsində bildirmişdir ki, ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi qeyd edərək deyirdi: “Ailə dəyəri, ailə ənənələri, milli mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şərait yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Ulu Öndər hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığından istifadə etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Müstəqil dövlətimizin ali sənədinin - Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir.

Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyət daxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadınların hüquqlarının müdafiəsini zəruri hesab edirdi. Ulu Öndər deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.

H.Hüseynova bildirmişdir: Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, Ümummilli Liderin yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusundakı məruzəsində qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev özünün təşkilatçılıq məharəti və çoxcəhətli səmərəli fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli cəhətdən deyil, həmçinin nəzəri baxımdan da zənginləşdirmişdir. Təbiidir ki, hər bir uğurlu sistemin arxasında təhsil, elm və bilik dayanır. İstənilən ölkənin bu günü və gələcəyi milli kadrların, insan potensialının peşəkarlıq və bilik səviyyəsindən çox asılıdır. Gələcəyi görən və proqnozlaşdıra bilən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində ölkənin maddi imkanlarının məhdudluğuna baxmayaraq, Azərbaycanda insan potensialının inkişafına, onun formalaşdırılmasına yönəlmiş çox mühüm addımlar atmış, yüzlərlə gənci təhsil almaq üçün Sovet İttifaqının nüfuzlu ali məktəblərinə oxumağa göndərmişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunan Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində ixtisaslı kadr kimi yetişir.

Azərbaycanın özündə idarəetmə sahəsində milli kadrların hazırlanması üçün müstəqillik illərində bir necə yeni elm və təhsil ocağı yaradılmışdır. Vaxtilə ümummilli lider Heydər Əliyev də insan potensialını bütün sahələrdə və hər zaman inkişafın aparıcı lokomotivi, mərkəzi və həlledici amili kimi müəyyənləşdirmişdir. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında müasir anlamda insan inkişafı ilə bağlı vəziyyətin fasiləsiz monitorinqinin aparılması, təhlili və qiymətləndirməsi əsasında insan inkişafı prosesinin idarə edilməsi ilk dəfə Ümummilli Lider tərəfindən həyata keçirilmişdir.

Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasında BMT-nin İnsan İnkişaf Proqramı ilə birlikdə insan inkişafı haqqında ilk hesabatlar hazırlanmışdır.

Azərbaycan Respublikasının son illərdə davamlı inkişaf sahəsində qazandığı uğurların əsasında müasir və innovativ idarəetmə texnologiyalarının tətbiqi durur və bu fəaliyyət gələcək uğurların təminatıdır.

Çıxışlardan sonra tədbir mədəni proqramla davam etmişdir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi

Rusiyalı professor: XIV Beynəlxalq Altay topluluqları simpoziumu Türk dünyası üçün çox vacibdir

Neftin qiymətinin 200 dollara çatması mümkündür

Kürşad Zorlu: Türkiyənin təhsil müəssisələrində Türk dünyasının ortaq dəyərləri tədris ediləcək

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlanır

ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal

Yeni aqrar siyasət iqlim və geosiyasi çağırışlara çevik reaksiyanı nəzərdə tutur - ŞƏRH

Zəhra Zümrüd Səlcuq: Azərbaycan İƏT məkanında diasporla iş sahəsində aparıcı aktorlardan biridir

Dmitri Mariyasin: “İqlim fəaliyyəti üçün su” təşəbbüsü son dərəcə zəruri platformadır

BSU beş ölkədən olan müəllim, tələbə və şagirdləri bir araya gətirib

Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Maykl Kerrik: “Sabah” çox hazırlıqlı və özünəməxsus oyun üslubu olan komandadır

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib