YENİ QƏRARGAH VƏ ƏSGƏR YATAQXANASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Binanın birinci mərtəbəsində hərbi hissənin qərargahı, digər 3 mərtəbədə isə əsgər yataqxanası yerləşir. Daxili İşlər Nazirliyi təmir-tikinti idarəsinin inşa etdiyi binada şəxsi heyət üçün müasir standartlara uyğun şərait yaradılmışdır.
Hərbi hissənin komandiri, polkovinik Rəşadət Nəbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daxili qoşunlara göstərdiyi diqqət və qayğı nəticəsində son dövrdə qoşunların hərbi hissələrində quruculuq işlərinin geniş vüsət aldığını, şəxsi heyət üçün müasir standartlara cavab verən xidmət və məişət şəraitinin yaradıldığını xüsusi vurğulamışdır. O, hərbi hissələrdə inşa olunan yeni əsgər yataqxanalarının və digər obyektlərin istismara verilməsinin ənənəyə çevrildiyini söyləmiş, yeni bina barədə məlumat vermiş, obyektin tikintisində çalışanlara minnətdarlığını bildirmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxışında demişdir ki, bu gün bütün sahələrdə, o cümlədən ordu quruculuğunda qazanılan nailiyyətlərin təməli məhz böyük öndər, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edir. Məhz bu inkişafın nəticəsidir ki, hərbi qulluqçularımızın sosial məişət şəraiti ildən-ilə daha da yaxşılaşır, hərbi hissələr müasir standartlara uyğun yenidən qurulur, onların maddi-texniki bazası möhkəmləndirilir.
Nazir qoşunların hərtərəfli inkişafı istiqamətində görülən tədbirlər barədə söhbətini davam etdirərək, yeni qərargah və əsgər yataqxanası binasının açılışı münasibətilə şəxsi heyəti təbrik etmiş, şərəfli xidmətlərində uğurlar arzulamışdır.
Mərasimdə hərbi hissənin bir qrup şəxsi heyətinin “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunması barədə daxili işlər nazirinin müvafiq əmri elan edilmişdir. General-polkovnik Ramil Usubov təltif olunan hərbi qulluqçulara medalları təqdim edərək, onlara ən xoş arzularını çatdırmışdır.
İştirakçılar binanın tikinti prosesini əks etdirən fotostendə baxmış, açılışı bildirən rəmzi lent kəsilmiş, yeni binanın otaqları ilə tanış olmuş, görülən işləri müsbət qiymətləndirmişlər.
Daxili işlər naziri hərbi şəhərciyin ərazisində xidməti atların və itlərin yetişdirilməsi məntəqələrinin işi ilə tanış olmuş, süvarilərin təlim nümayişinə baxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [19:10]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [18:58]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [18:53]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:43]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [18:23]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:21]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [18:14]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:12]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [18:03]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [18:01]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [17:59]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:58]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:51]
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər
- 05.10.2026 [17:50]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [17:43]
Naxçıvanda DOST Qəbul şöbələri yaradılır
- 05.10.2026 [17:37]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:36]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [17:30]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:27]
Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH
- 05.10.2026 [17:24]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [17:17]
Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq
- 05.10.2026 [17:16]