YENİ YARADILMIŞ “DÖVRAN” TEATRI TƏQDİM OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, iyulun 1-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında yeni yaradılmış “Dövran” teatrı təqdim olunacaqdır.
Mərasimdə teatrın təsisçisi, dramaturq Əhməd Orucoğlu onun yaradılması zərurətindən, kollektivin gələcək planlarından söz açacaqdır. Teatrın bədii rəhbəri, xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Ağaxan Salmanlının bildirdiyinə görə, tədbirin sonunda Əhməd Orucoğlunun “Açarını itirənlər” komediyası göstəriləcəkdir.
Ağaxan Salmanlının quruluşunda, iki aktyorun (Xuraman Əlizadə və Azər Axşam) ifasında təqdim olunacaq tamaşada var-dövlət hərisliyinin ailə üzvləri arasında məhəbbətə mənfi təsirindən danışılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]