Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində finalçılar müəyyənləşib
Bakı, 13 mart, AZƏRTAC
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində finalçılar müəyyənləşib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 6-cı günündə yarımfinal görüşləri baş tutub.
On dörd çəki dərəcəsində 28 döyüşün nəticəsinə əsasən, finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.
Azərbaycan birinciliyinə martın 14-də yekun vurulacaq.