İDMAN
Yeniyetmə güləşçilər arasında Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı, 5 mart, AZƏRTAC
Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Güləş Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilik qarşıdan gələn U-17 Azərbaycan çempionatına seçim xarakteri daşıyıb.
Sərbəst güləşçilərin yarışında Məhəmməd İsmayılov (45 kq), Elvin Cəfərquliyev (48 kq), Hüseyn Hüseynov (51 kq), Kamil Əhmədzadə (55 kq), Ağa Qasımov (60 kq), Yusif Salmanov (65 kq), Vasif Xudiyev (71 kq), Anar Cəfərli (80 kq), Xəyal Əsgərov (92 kq) və Fərid Qazıyev (110 kq) qızıl medal qazanıblar.
Yunan-Roma güləşçilərin mübarizəsində Rəvan Həsənzadə (45 kq), Təvəkkül Kərimov (48 kq), Murad Əliyev (51 kq), Tural Əhmədov (55 kq), Məhəmməd Qasımzadə (60 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq), İsmayıl Rzayev (80 kq), Nizami Şükürov (92 kq) və Mahir Qurbanlı (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.