Yeniyetmə qılıncoynadanlarımız Ankarada təlim-məşq toplanışında iştirak edirlər
Bakı, 13 yanvar, AZƏRTAC
Yeniyetmə sablyaçılarımız Ankarada Türkiyə Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışında iştirak edirlər.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, hazırlıq prosesi məşqçilər Elxan Əhmədov və Azər Tağıyevin rəhbərliyi altında keçirilir.
Gün ərzində 2 dəfə məşq keçən sablyaçılarımız Ədirnədə təşkil olunacaq beynəlxalq turnirə hazırlaşırlar.