Yeniyetmə qılıncoynadanlarımız Rusiyada keçiriləcək açıq çempionatda iştirak edəcəklər
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 26-dan martın 1-dək Rusiyanın Pyatiqorsk şəhərində Əməkdar bədən tərbiyəsi və idman xadimi Anatoli Samburovun xatirəsinə həsr olunmuş açıq qılıncoynatma üzrə açıq çempionat keçiriləcək.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Açıq birincilikdə iştirak edəcək qılıncoynadanlarımız fevralın 17-dən 23-dək “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə “Zuğulba” tədris-idman bazasında təlim-məşq toplanışında olublar.