Yerevanda kütləvi aksiya davam edir
Bakı, 21 sentyabr, AZƏRTAC
Yerevanın mərkəzində minlərlə insanın iştirakı ilə kütləvi aksiya keçirilir. Aksiya iştirakçıları baş nazir Paşinyan əleyhinə şüarlar səsləndirirlər.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ermənistan müxalifəti Milli Komitə yaratdığını bəyan edib. Bu komitə baş nazir N. Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması mexanizmini hazırlamalıdır.
Ermənistan parlamentinin keçmiş vitse-spikeri, “Daşnaksütyun” partiyasının sədri İşxan Saqatelyan qeyd edib ki, parlament çoxluğu N.Paşinyanın impiçmenti məsələsini qaldırıb.
Ermənistanın iternet resurslarında yayılan xəbərlərə görə, Yerevanda aksiya keçirən insanlar Nazirlər Kabinetinin qarşısına toplaşıblar. Etirazçılar hökumət əleyhinə şüarlar sələndirərək bildirirlər ki, məhz N. Paşinyanın yürütdüyü yanlış siyasət nəticəsində Ermənistan təcrid olunmuş vəziyyətə düşüb.
Hökumət binası polis tərəfindən mühasirəyə alınıb.