Yevgeni Kozyak: Müşahidələrimiz səsvermə gününə hazırlığın yüksək səviyyədə olduğunu göstərir
Bakı, 31 yanvar, AZƏRTAC
Bizim müşahidə missiyamız Azərbaycanda yanvarın 17-dən etibarən işə başlayıb. Burada uzunmüddətli müşahidəçilərimiz çalışırlar. Uzunmüddətli müşahidə missiyası kimi artıq Azərbaycanın 20-dən çox rayonunda səfərdə olmuşuq və seçki mühiti ilə bağlı yaxından müşahidə aparmışıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Kozyak deyib.
Y.Kozyak bildirib ki, aparılan müşahidələr səsvermə gününə hazırlıq prosesinin yüksək səviyyədə olduğunu deməyə əsas verir: “Bu günə qədər apardığımız müşahidələrə əsasən fevralın 7-də Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə keçiriləcəyini deyə bilərik. Seçki günü bizim 170-ə yaxın uzunmüddətli müşahidəçimiz bir çox regionlarda olacaq, seçki prosesini yaxından izləyəcək. Onu da vurğulamaq istərdim ki, bu, MDB müşahidə missiyasının Azərbaycana artıq 11-ci gəlişidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib
- 02.10.2026 [15:32]