Yol qəzası törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 15-də saat 20 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Vlasova vurulub və o, xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini T.Tağıyev müəyyən edilərək yaxalanıb.