Yonhap: KXDR Yapon dənizi istiqamətində raket buraxıb
Pekin, 13 aprel, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.
Yaponiyanın Müdafiə Nazirliyi də Şimali Koreyanın ballistik raket buraxdığını açıqlayıb. Hələlik raketin uçuş detalları barədə məlumat yoxdur.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkəyə mümkün hərbi müdaxiləni dəf etmək üçün hücum üsullarını genişləndirməyə çağırıb.
Qeyd edək ki, KXDR lideri Kim Çen In bir neçə gün əvvəl hakim Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Şurasının iclasında ölkəyə mümkün hərbi müdaxiləni dəf etmək üçün hücum üsullarını genişləndirməyə çağırıb.
Şimali Koreya son vaxtlar raket sınaqlarının sayını çoxaldıb. Pxenyan bu yaxınlarda nüvə başlığı daşıyan “Hvasan-31” taktiki raketinin və nüvə silahı daşıya bilən “Heyl” pilotsuz sualtı zərbə aparatının sınaqlarını həyata keçirib. Bu sınaqlar ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə cavab xarakteri daşıyıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]