Yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarını 3 medalla başa vurub
Bakı, 15 dekabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Beka Kandelaki debütdə son Avropa çempionu olan Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. Dörddəbir finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində "tuşe" ilə qalib gələn millimizin üzvü yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Türkiyə idmançısı ilə bacarmayan B.Kandelaki dekabrın 14-də bürünc medal üçün mübarizə aparıb. Polşa güləşçisinə vaxtından əvvəl qalib gələn güləşçimiz üçüncü yeri tutub.
Beləliklə, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarını 1 gümüş və 2 bürünc medalla başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]