YUNANISTANDA KEÇİRİLƏCƏK KONFRANSDA AZƏRBAYCAN TƏMSİL OLUNACAQDIR
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 17-18-də Yunanıstanın Pirey şəhərində “Quru və dəniz nəqliyyatı arasında bağlantı olan dəniz limanlarının rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransın məqsədi nəqliyyat sənayesi, beynəlxalq maliyyə institutları, qeyri-hökumət təşkilatları, özəl sektor və bu sahədə çalışan mütəxəssislərin iştirakı ilə dəniz ilə qurunu birləşdirən dəniz limanlarının işinin səmərəliliyi ilə bağlı maarifləndirmənin aparılmasıdır.
Tədbirdə bir sıra beynəlxalq səviyyəli mütəxəssislər limanların fəaliyyətinin təkmilləşdirilməsi üçün yerli, regional və qlobal səviyyədə strategiyaların əhəmiyyətinə dair təqdimatlarla çıxış edəcəklər. Müzakirələr nəticəsində hazırlanacaq tövsiyələr “Dəniz limanlarının quruda bağlantıları üzrə UNECE-nin ekspert qrupu”nun gələcək işində nəzərə alınacaqdır.
Konfransda Azərbaycanı Nəqliyyat Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin TRASEKA və beynəlxalq layihələr sektorunun müdiri Elmar Fərəcov təmsil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]