YUNANISTANIN TÜRKİYƏYƏ TƏKLİFİ
Xanım Bakoyanni İstanbulda iki ölkənin KİV nümayəndələri arasında dördüncü illik konfransda iştirak edəcək və türk həmkarı Abdullah Gül ilə görüşəcəkdir.
Şənbə günü İstanbulda Yunanıstan və Türkiyə diplomatiyasının başçıları iki ölkənin hərbi idarələri arasında “birbaşa xətt” yaradılması haqqında saziş imzalayacaqlar.
Xatırladaq ki, iki qonşu və NATO üzvü olan ölkə arasında çoxillik mübahisə Ege dənizində ərazi sularının və hava məkanının sərhədi məsələsində fikir ayrılığı ilə bağlıdır. Yunanıstan iddia edir ki, onun sərhədləri bu dənizdəki adaların ətrafı ilə 10 mil hüdudundadır. Türkiyə isə bildirir ki, burada Yunanıstanın sərhədi yalnız 6 mil həddindədir.
1996-cı ilin yanvarında Türkiyə və Yunanıstan Ege dənizindəki iki kiçik ada üstündə mübahisəyə görə silahlı münaqişə həddinə çatmışdı. Bu təhlükəni yalnız son anda ABŞ-ın və NATO rəhbərliyinin işə qarışması sayəsində sovuşdurmaq mümkün olmuşdur.
Mayda Türkiyə və Yunanıstan silahlı qüvvələrinin F-16 qırıcı təyyarələri Ege dənizi üzərində toqquşmuşdur. Bu, tərəfləri mübahisəli məsələlərin həllinə dair dialoqu fəallaşdırmağa sövq etmişdir.