YÜZ İNTELLEKTİN SİYAHISINA HENRİ KİSSİNCER BAŞÇILIQ EDİR
İTAR-TASS-ın verdiyi xəbərə görə, adları Amerika mətbuatında daha tez-tez çəkilən və elmi əsərlərdə ən çox istinad olunan yüz intellektin siyahısına ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer başçılıq edir.
Zəka sahiblərinin “dərəcə cədvəli”nin tərtibçisi “Harvard yuniversiti press” nəşriyyatında yenicə çapdan çıxmış “İntellektuallar və cəmiyyət - tənəzzülün tədqiqi” kitabının müəllifi Riçard Poznerdir. Maraqlıdır ki, kitab müəllifinin özü siyahıda 70-ci yerdədir.
Pozner öz siyahısını 1995-2000-ci illərdə “Leksis-Neksis” elektron sisteminin, “Quql” axtarış internet sisteminin statistikası, habelə xüsusi kataloqlar üzrə axtarış əsasında tərtib etmişdir.
Beləliklə, məlum olmuşdur ki, Amerikada intellektualların müasir lideri Henri Kissincerin adı beş il ərzində mətbuatda, İnternetdə və elmi əsərlərdə 12 min 570 dəfə xatırlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:36]
“Airbus”un yeni nəsil təyyarəsi 22 saata qədər fasiləsiz uçacaq
- 04.06.2026 [12:32]
Fransanın dəmiryolçuları kütləvi tətilə hazırlaşırlar
- 04.06.2026 [12:18]