Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində çətənə bitkisi aşkar olunmuşdur
Bakı, 7 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Zaqatala Dövlət Təbiət Qoruğunda meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə reyd keçirmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 7-də keçirilən reyd zamanı qoruğun ərazisində, Arılıq meşəsinin Sarıçay sahilində kol-kosdan təmizlənmiş 16 kvadratmetr sahədə tərkibində narkotik maddələr olan 1-3,5 metr hündürlüyündə 29 ədəd çətənə bitkisinin əkilib becərilməsi və onlara aqrotexniki qulluq edilməsi faktı aşkar olunmuşdur.
Faktla bağlı ETSN tərəfindən dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna məlumat verilmişdir.
Hazırda araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]