ZAQATALADA 30 TON GÜL LƏÇƏYİ YIĞILACAĞI GÖZLƏNİLİR
Tədarük edilmiş qızılgül ləçəyi rayonun Qazangül qəsəbəsindəki “Cəliar” firmasının gül yağı zavodunda emal olunur. Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, istehsal edilmiş məhsulun sertifikatlaşdırılması və satış bazarlarının müəyyənləşdirilməsi məqsədi ilə Türkiyə və Fransa şirkətləri ilə əlaqələr yaradılmış, danışıqlar aparılır.
“Cəliar” firması Zaqatalanın iqtisadiyyatında ənənəvi sahələrdən sayılan gülçülüyün inkişafı üçün zəruri tədbirlər həyata keçirir. Ötən il rayonda 18 hektar sahədə qızılgül plantasiyaları bərpa edilmişdir. Cari ilin payızında isə zavodun vəsaiti ilə daha 5 hektar sahədə yeni plantasiyaların salınması nəzərdə tutulmuşdur. Hazırda gül plantasiyalarında 400 nəfərə yaxın icarədar məhsul yığımı ilə məşğuldur. Zavodda çalışan daimi işçilərin sayı isə 12 nəfərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]