REGİONLAR
Zaqatalada 3-ü avtomat olmaqla 6 odlu silah götürülüb
![](/files/galleryphoto/2024/1/1200x630/17067621961915130127_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17067621962345819011_1200x630.jpg)
Bakı, 1 fevral, AZƏRTAC
Zaqatalada qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 3-ü “Kalaşnikov” markalı avtomat, 1-i yivli “TOZ-8”, 2-si isə ov tüfəngi olmaqla ümumilikdə 6 odlu silah, eləcə də 1 ədəd süngü-bıçaq, 100-ə yaxın patron və 6 ədəd daraq götürülüb. Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin silahlardan 2-sini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində zəruri əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [20:54]
Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib
- 02.07.2024 [20:35]
Neftçalada bir qrup polis əməkdaşı təltif olunub
- 02.07.2024 [18:37]
“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır
- 02.07.2024 [18:27]
Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir
- 02.07.2024 [18:17]
Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib
- 02.07.2024 [18:12]