ZAQATALADA ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin tədbirlər planına uyğun olaraq, Zaqatala rayonunda növbəti əmək yarmarkası keçirilmişdir.
Yarmarkaya rayonda fəaliyyət göstərən 34 müəssisə və təşkilatdan 374 boş iş yeri çıxarılmışdır. Zaqatala fındıq zavodu, mərkəzi rayon xəstəxanası, “Drujba” MMC, “Azər-Türk Fındıq Sənaye LTD” şirkətləri yarmarkaya daha çox boş iş yeri çıxarmışlar.
Gün ərzində davam edən yarmarkada 300 nəfərdən artıq işaxtaran vətəndaşın 103 nəfəri işə göndəriş almışdır. Bundan əlavə, 12 nəfər peşə hazırlığı kursuna, 10 nəfər isə ictimai işlərə göndərilmək üçün qeydiyyata götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]