Zəfər Gününə həsr olunmuş voleybol turniri keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 276 saylı tam orta məktəbdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş voleybol (oğlanlar) turniri keçirilib.
Binəqədi Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, voleybol (oğlanlar) turnirinin nəticəsinə əsasən 1-ci yeri 314 saylı tam orta məktəbin komandası, 2-ci yeri 276 saylı tam orta məktəbin komandası, 3-cü yeri 267 saylı məktəb-liseyin komandası tutublar.
Sonda qaliblərin Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyevin iştirakı ilə mükafatlandırılıblar.