Zelenski Çin lideri ilə telefon danışıqları aparıb
Kiyev, 26 aprel, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpin ilə telefon danışıqları aparıb.
Bu barədə AZƏRTAC Volodimir Zelenskinin tviter akkauntuna istinadla xəbər verir.
Prezident qeyd edib ki, Si ilə telefon danışıqları uzunmüddətli və məzmunlu olub. O bildirib ki, Çində Ukrayna səfirinin təyin edilməsi ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.
“Çinin başçısı Si Cinpin ilə davamlı məzmunlu telefon danışığı apardım. İnanıram ki, bu telefon danışığı, həmçinin Çində Ukrayna səfirinin təyin edilməsi ikitərəfli münasibətlərimizin inkişafına güclü təkan verəcək”, - deyə Prezident yazıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]