Zelenski: Ukraynanın mövqeyi dəyişməyib, tam atəşkəs vacibdir
Kiyev, 11 dekabr, AZƏRTAC
Hazırda ABŞ hesab edir ki, Ukrayna ilə Rusiya arasında tam atəşkəs yalnız çərçivə sazişinin imzalanmasından sonra mümkündür. Bununla belə, Vaşinqton ayrı-ayrılıqda enerji atəşkəsini nəzərdən keçirmir.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı deyib.
"Amerika Birləşmiş Ştatları Rusiya tərəfi ilə dəfələrlə danışıqlar apardıqdan sonra hesab edir ki, tam atəşkəs yalnız çərçivə sazişinin imzalanması ilə baş verə bilər. Mənim fikrimcə, heç kimə sirr deyil ki, heç bir razılaşma olmasa, ruslar yalnız enerji atəşkəsi ilə razılaşmayacaq", - deyə Zelenski bildirib.
Zelenski, həmçinin qeyd edib ki, Ukraynanın mövqeyi dəyişməyib, tam atəşkəs vacibdir.
Enerji və dəniz atəşkəsi ehtimalını şərh edən Zelenski Türkiyənin belə bir plan üzərində işlədiyini deyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]