Zərdabda yağan intensiv yağışların fəsadları aradan qaldırılır VİDEO
Bakı, 26 may, AZƏRTAC
Son günlər bəzi ərazilərdə yağan intensiv yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Zərdab rayonu ərazisində nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən müvafiq təhlükəsizik tədbirləri görülür, o cümlədən suçəkmə işləri həyata keçirilir.