Azərbaycan Dövlət İnformasiya Agentliyi

ZƏRİFƏ ƏLİYEVA PARKI QƏBƏLƏLİLƏRİN ƏN SEVİMLİ İSTİRAHƏT GUŞƏSİDİR

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Qəbələ şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkın açılışında iştirak etmişdir. Burada dövlətimizin başçısını və xanımını musiqi ilə qarşıladılar.
Prezident İlham Əliyev parkın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, 6,5 hektar ərazini əhatə edən parkda milliliklə müasirlik çox uyarlı şəkildə uzlaşdırılmışdır. Burada kafe, şirniyyat evi, idman kompleksi, ağsaqqallar üçün çay evi, restoran, diskoteka, konsert və əyləncəli proqramlar üçün gözəl səhnə yaradılmışdır. Gözoxşayan parkda 7 süni göl, fəvvarəli hovuzlar, yaraşıqlı bulaqlar vardır. Parkda 10 mindən çox gül kolu və ağac əkilmişdir. Xüsusilə gecə vaxtları əsrarəngiz görünən park zəngin təəssürat bağışlayır. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış bu mədəniyyət və istirahət obyekti müasir standartlara cavab verir. Gənclərin asudə vaxtının səmərəli keçməsi üçün maraqlı proqramlar təşkil olunur, kiçik yaşlı uşaqlar üçün də karusellər, yelləncəklər quraşdırılmışdır. Kompleksdə futbol, voleybol, basketbol meydançaları, idman salonları var. Burada gələcəkdə rayon əhəmiyyətli yarışlar keçiriləcəkdir.
Prezident İlham Əliyev incəsənət ustalarının ifasını dinlədi, idman kompleksində balaca karateçilərin nümunəvi çıxışlarına, futbolçuların məşqlərinə tamaşa etdi.
Dövlətimizin başçısı parkı gəzdi, rayonun gənc rəssamlarının işlərinə baxdı, parka gəzintiyə çıxmış sakinlərlə görüşdü. Prezident İlham Əliyevə gənc rəssamların adından rəsm əsəri hədiyyə olundu.
Sakinlər ali qonağı və xanımını salamladılar, istirahət üçün yaradılan şəraitə görə təşəkkür etdilər, göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər. Balaca uşaqlar ulu öndər Heydər Əliyevə və dövlətimizin başçısına həsr olunmuş şeirlər söylədilər.
Prezident İlham Əliyev onlara təşəkkür edərək dedi ki, park çox gözəldir. İstirahət üçün hər bir şərait var, çox gözəl abadlıq işləri görülmüşdür. İnsanlar buradan səmərəli istifadə edəcəklər.
Sakinlər və balaca uşaqlarla xatirə şəkli çəkdirən dövlətimizin başçısı gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılan diskoteka ilə də tanış oldu.
Sonra Prezident İlham Əliyev parkda istirahət edən ağsaqqallarla görüşüb söhbət etdi.
Rayon Ağsaqqallar Şurasının sədri NAZİM MUSTAFAYEV dövlətimizin başçısına müraciətlə dedi ki, cənab Prezident, bu gün bizim üçün çox xoş bir gündür. Sizin və xanımınızla birlikdə buraya gəlməyiniz bizim üçün toy-bayramdır. Ulu öndərimizi biz heç vaxt yaddan çıxarmırıq. Allah ona qəni-qəni rəhmət eləsin. Sizə isə ailənizlə birlikdə xoşbəxtlik arzulayırıq. Siz nəinki Azərbaycanda, xarici ölkələrdə də ən yüksək hörmətlə qarşılanırsınız. Bu da bizi fərəhləndirir.
YAVƏR MƏMMƏDOV (rayon ağsaqqalı): Cənab Prezident, bu istirahət parkı rəhmətlik Zərifə xanım Əliyevanın adını daşıyır. Zərifə xanım yeganə akademik olub ki, göz xəstəliklərinin müalicəsi ilə əlaqədar zavodlarda, fabriklərdə, müəssisələrdə xüsusi laboratoriyaları var idi. Fəhlələri müalicə edib, çox insanlara şəfa veribdir. Mənim böyük qızım onun tələbəsi olub, müəyyən vaxtlarda o proseslərdə iştirak edibdir. Allah-taaladan ona rəhmət diləyirik. Ağsaqqal kimi mən fəxr edirəm ki, Zərifə xanımın adına belə gözəl park salınıbdır. Biz Mehriban xanıma da minnətdarıq. Heydər Əliyev Fondunun təşəbbüsü, köməyi ilə Qəbələdə neçə-neçə məktəb tikilibdir. O, dağılan məktəbləri yenidən tikir. Bu xeyirxah işlərə görə hamı təşəkkür edir. Hamınıza xoşbəxtlik, ailə səadəti arzulayırıq. Qəbələ camaatının Sizə xüsusi hörməti var.
Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi ki, bu park çox yüksək səviyyədə salınmışdır. Əslində, bu parkda ölkəmizdə gedən bütün proseslər öz əksini tapır. İdmançılar, gənclər, uşaqlar üçün məşq, istirahət, oyun yerləri, ağsaqqalların istirahəti üçün şərait yaradılmışdır. Buranın havası da, təbiəti də çox gözəldir. Adam bu dağlara baxanda özünü daha da gümrah hiss edir. Ona görə hər cür şərait var. İndi məndən də yaxşı bilirsiniz ki, Qəbələ necə gözəlləşir, inkişaf edir. Qəbələ buna layiqdir. Çünki Azərbaycanın qədim paytaxtı olubdur, qədim, tarixi şəhəridir. Ona görə gərək inkişafı hərtərəfli olsun.
Ulu öndər Qəbələyə 2002-ci ildə gəlmişdi. O vaxtdan beş il keçib, amma nə qədər böyük dəyişikliklər baş veribdir. Qəbələni tanımaq mümkün deyildir. Bundan sonra daha da yaxşı olacaqdır. Parklar, müəssisələr, xəstəxanalar, müxtəlif sənaye obyektləri tikilir, iş yerləri açılır. Bunların hamısı vacibdir.
YAVƏR MƏMMƏDOV: Rayonun inkişafında Milli Məclisin deputatı Fəttah Heydərovun da xidmətləri var. İndi rayonda sovet dövründə görülən işlərdən qat-qat artıq işlər görülür. Qəbələdə altı mindən çox iş yeri yaradılıbdır. İnsanlar bu inkişafı, bu gözəlliyi görəndə yaşamaq həvəsi daha da artır.
İLHAM ƏLİYEV: Mən də görəndə ki, insanların əhval-ruhiyyəsi yaxşıdır, üzü gülür, mənə daha çox güc gəlir.
FƏTTAH HEYDƏROV (Milli Məclisin deputatı): Həqiqətən də, ulu öndərimizin ayağı haraya dəyibsə, ora dirçəlib, yeni həyat qazanıbdır. Qəbələ tamamilə dəyişibdir, inkişaf edir. Ağsaqqalların hamısı sanki cavanlaşıbdır.
NAZİM MUSTAFAYEV: Cənab Prezident, ağsaqqallar Sizdən çox razıdırlar. Sağ olun ki, pensiyaları vaxtaşırı artırırsınız.
İLHAM ƏLİYEV: Pensiyalar, minimum əmək haqqı artırılıbdır. Bu hələ başlanğıcdır. İmkanlarımız genişlənir, daha da çox artıracağıq.
NURU CABBAROV (ağsaqqal): Hörmətli Prezidentimiz, bu gün bizə ən yüksək, əvəzolunmaz mükafat verirsiniz. Allah Sizə cansağlığı versin, atanıza da rəhmət diləyirik. Görülən bu işlərə görə, bu gözəlliyi, imkanları bizlərə verdiyinizə görə olduqca minnətdarıq.
İLHAM ƏLİYEV: Çox sağ olun. Həm iqtisadi, həm də sosial sahədə inkişaf var, sosial məsələləri həll edirik. İndi böyük xəstəxana tikirik.
NAZİM MUSTAFAYEV: İstəyirik, Siz uzun illər, on, iyirmi, otuz il Azərbaycana rəhbərlik edəsiniz. Siz hamımızın Prezidentisiniz.
SÜLEYMAN MEHDİYEV (ağsaqqal): Apardığınız siyasəti biz çox böyük ruh yüksəkliyi ilə dəstəkləyirik. Həmişə Sizin yanınızdayıq. Yaratdığınız şəraitə görə də minnətdarıq. İndi Qəbələ rayonu qələbə rayonuna çevrilibdir.
İLHAM ƏLİYEV: Görəndə ki, həyat yaxşılaşır, sevinirəm. Yeni binalar tikilir, insanlar daha da yaxşı yaşayır, əhval-ruhiyyə yaxşıdır. Qəbələ indi ən sürətlə inkişaf edən rayonlardan biridir.
NURU CABBAROV: Rayonumuzdan seçilən deputatımız da, icra hakimiyyətinin başçısı da yorulmaq bilmədən çalışırlar.
İLHAM ƏLİYEV: Deputatlar öz seçiciləri üçün işləməlidir. Deputat belə olmalıdır.
NAZİM MUSTAFAYEV: Səhər işə gedib, axşam evinə dönən adam xoşbəxtdir. Siz bu xoşbəxtliyi insanlara bəxş etmisiniz. Dediyiniz 600 min iş yeri açılır, insanlar işlə məşğul olur, axşam ailəsi üçün çörək aparır - bunların hamısı çox gözəldir. Hazırda 520 min iş yeri yaradılıbdır.
İLHAM ƏLİYEV: Sosial məsələlərə diqqət yetirilir. Məsələn, məktəb tikilir. Nə üçün? Çünki uşaqlar yaxşı məktəbdə oxusunlar, internet olsun, bilsinlər dünyada nə baş verir. Yəni bilikli olsunlar. İndi bizim iqtisadi potensialımız möhkəmlənir. Əsas istəyimiz odur ki, gənc nəsil savadlı olsun. Xəstəxanalar da tikilir. Qəbələdə müalicə-diaqnostika mərkəzi tikilir. Sizdən xahiş edirəm ki, hazır olanda vaxtaşırı oraya gedin, müayinədən keçin. Düzdür görürəm, siz sağlamsınız, gümrahsınız. Amma yenə də tibbi nəzarət olmalıdır. Əvvəllər, Sovet İttifaqı zamanı belə təşəbbüs irəli sürmüşdülər ki, insanlar ümumi dispanser müayinəsindən keçməlidirlər. Amma onu təmin edə bilmədilər, çünki imkan yox idi. Biz indi bölgələrdə müalicə-diaqnostika kompleksləri yaradırıq. Əsas məqsəd odur ki, bütün insanlar ildə bir dəfə orada müayinədən keçsinlər. Orada həm rentgen müayinəsi, həm qan, həm də digər analizlər aparılır və s. İnsanlar bilir ki, xəstəliyi nədir və necə müalicə olunmalıdır. Ondan sonra müalicə alır, rahat yaşayır. Mən istəyirəm bölgələrdə bu yeniliklər kök salsın ki, yaşından asılı olmayaraq, bütün insanlar öz sağlamlığını qorusunlar, çox yaşasınlar. Ağsaqqallar həmişə qabaqcıl mövqelərdə olsunlar. Siz həmişə fəal olmusunuz.
FƏTTAH HEYDƏROV: Burada müdrik insanlar var. Ağsaqqallar Sizin dayağınızdır, bütün məsələlərdə öndədirlər, çevikdirlər, gənclərə düz yol göstərir, məsləhətlər verirlər, görülən işlərə sevinirlər. Problemlərin həllində səbir nümayiş etdirirlər.
İLHAM ƏLİYEV: Bu, gənclər üçün lazımdır. Biz gəncləri vətənpərvər, peşəkar böyütməliyik. Onlar sizə baxıb nümunə götürürlər. Çox şadam ki, sizinlə görüşdüm. Sizə cansağlığı, uğurlar arzulayıram.
Dövlətimizin başçısı ağsaqqallarla nərd oynadı, çay süfrəsi arxasında söhbət etdi.
X X X
Prezident İlham Əliyev “Zopzopu” özfəaliyyət folklor ansamblının nümunəvi çıxışına maraqla tamaşa etdi. Bildirildi ki, ansambl Fransada, Rusiyada və digər ölkələrdə keçirilən folklor musiqisi festivallarında uğurla çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər