İDMAN
Zlatan İbrahimoviç sabiq komanda yoldaşlarından ibarət rəmzi komandanın heyətini açıqlayıb
Bakı, 9 iyun, AZƏRTAC
“Milan” klubunun sabiq hücumçusu Zlatan İbrahimoviç keçmiş komanda yoldaşlarından ibarət rəmzi komandanın heyətini açıqlayıb.
AZƏRTAC “Barca Universal” nəşrinə istinadla xəbər verir ki, heyətdə Canluici Buffon, Lilian Tyuram (hər ikisi “Yuventus”), Tiaqo Silva (“Milan”, “PSJ”), Alessandro Nesta (“Milan”), Maksvell (“İnter”, “Barselona”, PSJ) , Patrick Vieyra (“Yuventus”, “İnter”), Xavi (“Barselona”), Pavel Nedved (“Yuventus”), Lionel Messi (“Barselona”), Ronaldinyo (“Milan”) və Zlatan İbrahimoviç yer alıblar.
Zlatan İbrahimoviç 41 yaşında karyerasını başa vurub. İsveçli futbolçu “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [16:01]
Lionel Messi MLS-də yeni rekorda imza atıb
- 06.05.2024 [15:25]
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək
- 06.05.2024 [15:22]
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar
- 06.05.2024 [15:10]
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
- 06.05.2024 [15:00]
Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb
- 06.05.2024 [13:51]
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
- 06.05.2024 [13:47]