® “Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100 faiz cavablandırıb

15.01.2019 [17:56]
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərərək növbəti dəfə nüfuzlu beynəlxalq “Socially Devoted” sertifikatı ilə təltif olunub ...

Ötən il Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 5,8 faiz artıb

15.01.2019 [17:24]
Keçən il ölkədə əmtəəlik təbii qaz istehsalı 5,8 faiz artıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ildə 47,7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə ...

Yanvarın 16-na USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub

15.01.2019 [17:12]
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Bankdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Mərkəzi Bankının yanvarın 16-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən edilib ...

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15.01.2019 [17:08]
Yanvarın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat ...

SOCAR: Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək

15.01.2019 [16:49]
Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə olunacaq. SOCAR-dan AZƏRTAC-a bildirilib ki, yanvarın 17-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar şirkət üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib ...

Dövlət Dəniz Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib

15.01.2019 [16:40]
Dövlət Dəniz Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib. Agentlikdən AZƏRTAC-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında ...

Cari ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq

15.01.2019 [16:36]
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 2019-cu ilin ilk ixrac missiyası Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinə təşkil olunacaq. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 25-dən başlayaraq ...

Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək

15.01.2019 [16:32]
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman müasir dövrün yeni çağrışlarına uyğun idarəetmə sistemində çevikliyin artırılması baxımdan mühüm ...

BP: “Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib

15.01.2019 [14:15]
“Çıraq” platforması keçən il 98 faizdən çox səmərəliliklə işləyib. AZƏRTAC xəbər verir ki, bu barədə BP şirkəti məlumat yayıb. “Azəri-Çıraq-Günəşli” (AÇG) platformalarının ən yaşlısı olan “Çıraq” platforması 2018-ci ildə 98 faizdən çox səmərəliliklə işləyib”, - deyə məlumatda bildirilir ...

Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

15.01.2019 [13:49]
Yanvarın 26-27-də Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransın əsas ...

Bugünkü hərracda hansı dövlət əmlakları özəlləşdirilib?

15.01.2019 [13:18]
Yanvarın 15-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Komitədən AZƏRTAC-a bildirilib ki, müxtəlif kateqoriyalar üzrə çoxseçimli dövlət əmlaklarının ...

Nazir: TAP-ın icrası Yunanıstan hökumətinin enerjiyə dair əsas məqsədlərindən biridir

15.01.2019 [12:59]
“Trans-Adriatik” (TAP) boru kəməri layihəsinin həyata keçirilməsi Yunanıstan hökumətinin enerjiyə dair əsas məqsədlərindən biridir. AZƏRTAC Yunanıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin ekologiya ...

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

15.01.2019 [12:34]
Yanvarın 15-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb ...

Yeddi ölkənin iştirakı ilə Şərqi Aralıq dənizi Qaz Forumu yaradılıb

15.01.2019 [12:32]
Aralıq dənizi sahillərində yerləşən 7 ölkə Şərqi Aralıq dənizi Qaz Forumunun (DAGF) təsis olunması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi ...

“Hökumət Ödəniş Portalı”na yeni təşkilatlar inteqrasiya edilib

15.01.2019 [12:25]
"Hökumət Ödəniş Portalı"na yeni təşkilatlar inteqrasiya olunub. Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, vergi, rüsum, icarə haqqı, cərimə, kommunal və rabitə xidməti haqlarının və digər ...

“HSBC” bankı neftin qiymətinə dair proqnozunu azaldıb

15.01.2019 [11:47]
Böyük Britaniyanın bank nəhəngi “HSBC” “Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu aşağı salıb. AZƏRTAC banka istinadla xəbər verir ki, “HSBC” cari ildə “Brent”in bir barrelinin orta qiymətinin 64 dollar olacağını nəzərdə tutur ...

Paytaxtdakı bəzi avtobus dayanacaqlarının yerləri dəyişdirilib

15.01.2019 [11:13]
Paytaxtdakı bəzi ərazilərində avtobus dayanacaqlarının yerləri dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus ...

“BakuBus” sərnişindaşımada istifadə edilən avtobuslar üçün ehtiyat hissələri alır

15.01.2019 [10:52]
“BakuBus” MMC sərnişindaşımada istifadə olunan avtobuslar üçün ehtiyat hissələri alır. AZƏRTAC xəbər verir ki, MMC “Iveco” markalı avtobuslar üçün ehtiyat hissələrinin satın alınması üçün tender keçirir. ...

® “Kapital Bank” 2018-ci ilin nəticələrini açıqlayıb

15.01.2019 [10:47]
"Kapital Bank"ın aktivləri bu il yanvarın 1-nə 3,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,5 milyard manat olub. Bankda müştəri depozitlərinin həcmi 2,9 milyard manat, əhalinin əmanətlərinin ...