Misirli Formula 1 azarkeşi: Azərbaycan Qran-Prisinin Xəzər dənizinə yaxın keçirilməsi çox gözəl ideyadır

11.06.2022 [20:35]
“Red Bull Racing” komandasına azarkeşlik etmək üçün Azərbaycana gəlmişəm. Formula 1 Azərbaycan Qran-Prisinin əyləncə zonası çox maraqlıdır və burada gözəl vaxt keçirmək üçün hər cür şərait var. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə ...

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb

11.06.2022 [20:08]
İyunun 11-də Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə Formula 2 yarışları ilə start verilib. AZƏRTAC xəbər verir ki, Formula 2 üzrə sprint yürüşündə hər biri iki pilotla təmsil olunan 11 komanda mübarizə aparıb. Pilotlar Bakı ...

Azərbaycan Gimnastika Federasiyası “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox!” mövzusunda videoçarxı ictimaiyyətə təqdim edib VİDEO

11.06.2022 [20:03]
Azərbaycan Gimnastika Federasiyası (AGF) Azərbaycan Cüdo Federasiyasının (ACF) 26 iyun Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə başlatdığı kampaniyaya qoşularaq, “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox!” mövzusunda ...

Cüdoçularımız açıq Avropa kuboku yarışının birinci günündə iki medal qazanıblar

11.06.2022 [19:51]
Bu gün İspaniyanın paytaxtı Madriddə cüdo üzrə açıq Avropa kuboku yarışı start götürüb. AZƏRTAC xəbər verir ki, cüdoçularımız yarışın birinci günündə iki medal qazanıblar. Gümüş medalı komandamızın aktivinə Nazir Talıbov (60 kq) yazdırıb. Bürünc medalı isə qadın cüdoçumuz ...

“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin tarixinə düşüb

11.06.2022 [19:44]
“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin tarixinə düşüb. AZƏRTAC xəbər verir ki, monakolu pilot Azərbaycan Qran-Prisinin tarixində iki dəfə poul qazanan yeganə idmançıdır. Ş.Lekler ilk poulunu ötən il qazanıb. Həmin il pilot Azərbaycan Qran-Prisini dördüncü pillədə başa vurub ...

Formula 1 Azərbaycan Qran-Prisi: Şarl Lekler karyerasında 15-ci, cari mövsüm isə 6-cı poulunu qazanıb

11.06.2022 [19:37]
“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda qalib gəlməklə cari mövsüm altıncı poulunu qazanıb. AZƏRTAC xəbər verir ki, Bakıda qazandığı qələbə ilə monakolu pilot poullarının ümumi sayını 15-ə çatdırıb ...

Şəhid zabit Vüsal Babayevin həyat yoldaşı: Şəhidlərimizin xatirəsinə göstərilən diqqət və ehtiramla təsəlli tapırıq

11.06.2022 [19:34]
İkinci dəfədir Formula 1 yarışlarını izləyirəm. Formula 1 yarışları ilk dəfə Bakıda keçiriləndə Vüsalla birgə izləmişdim. Bu gün isə bu yarışa Vüsalsız baxıram. Bakıda keçirilmiş birinci Avropa Oyunları da daxil olmaqla, şəhərimizdə müxtəlif sahələr üzrə təşkil olunan ən böyük ...

Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib

11.06.2022 [19:32]
Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatıb. AZƏRTAC xəbər verir ki, “Ferrari” komandasının pilotu Şarl Lekler yürüşü lider kimi tamamlayıb. İlk üçlükdə “Red Bull Racing” komandasının pilotları Serxio Peres və Maks Ferstappen yer alıblar ...

Bakıda Formula 2 yarışının sprint yürüşünün qalibləri mükafatlandırılıb

11.06.2022 [19:14]
İyunun 11-də Bakıda keçirilən Formula 2 yarışının sprint yürüşünün qalibləri mükafatlandırılıb. AZƏRTAC xəbər verir ki, yürüşdə “ART Grand Prix” komandasının pilotu Frederik Vesti birinci, “Prema Racing”dən Cehan Daruvala ikinci ...

Avropa çempionatında iştirak edəcək güləş üzrə qızlardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib

11.06.2022 [18:55]
İyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə on yeddi yaşadək qızlar arasında Avropa çempionatı keçiriləcək. AZƏRTAC xəbər verir ki, qitə birinciliyində ölkəmizi təmsil edəcək qızlardan ibarət milli komandamızın üzvləri ilə iyunun 11-də görüş ...

Formula 1 Azərbaycan Qran-Prisi: “Aston Martin” komandasının pilotu Lans Stroll mübarizəni dayandırıb

11.06.2022 [18:41]
“Aston Martin” komandasının pilotu Lans Stroll Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda mübarizəni dayandırıb. AZƏRTAC xəbər verir ki, pilotun bolidi sürətlə təhlükəsizlik baryerinə çırpılıb və yararsız hala düşüb ...

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna start verilib

11.06.2022 [18:15]
İyunun 11-də saat 18:00-da Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna start verilib. AZƏRTAC xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında ...

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Heydər Əliyev Mərkəzini ziyarət edib

11.06.2022 [16:40]
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem Heydər Əliyev Mərkəzini ziyarət edib. AZƏRTAC xəbər verir ki, qonaq əvvəlcə Heydər Əliyev Muzeyində Ümummilli Liderin xidməti istifadəsində olmuş avtomobillərə baxıb. O, muzeydə ulu öndər Heydər Əliyevin ...

Formula 1 üzrə Azərbaycan Qran-Pri yarışları Yaponiya KİV-i tərəfindən geniş işıqlandırılır

11.06.2022 [16:31]
İyunun 10-da start götürən Formula 1 Azərbaycan Qran-Pri yarışları Yaponiya KİV-i tərəfindən geniş işıqlandırılır. AZƏRTAC xəbər verir ki, Yaponiyanın “as-web.jp”, “goal.com/jp/”, “jp.motorsport.com”, “sportingnews.com/jp/”, “formula1-data.com” saytları yarışların ilk günü haqqında xəbərlər ...

Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşünə yekun vurulub

11.06.2022 [16:19]
Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşünə yekun vurulub. AZƏRTAC xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Çarls Lekler ...

Əfsanəvı qanalı futbolçu Maykl Essyen “Sabah” futbol klubunun akademiyasının qonağı olub

11.06.2022 [15:56]
Əfsanəvi qanalı futbolçu Maykl Essyen “Sabah” futbol klubunun akademiyasının qonağı olub. AZƏRTAC xəbər verir ki, ulduz futbolçu U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək azyaşlı futbolçulara sürpriz ...

Xarici media nümayəndələri Atəşgah və Yanardağda olublar

11.06.2022 [15:14]
Formula 1 Azərbaycan Qran-Prisinin işıqlandırılması üçün ölkəmizə səfər edən əcnəbi media nümayəndələri Yanardağ və Atəşgah məbədində olublar. Bakı Şəhər Halqasından AZƏRTAC-a bildiriblər ki, məşhur İpək Yolu üzərində salınan və ən erkən tikilisinin 1713-cü ...

Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb

11.06.2022 [15:02]
İyunun 11-də saat 15:00-da Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb. AZƏRTAC xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb ...