Azərbaycan cüdoçusu “Böyük dəbilqə” beynəlxalq turnirinin qızıl medalına sahib olub VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan cüdoçusu Rüfət İsmayılov Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirinin qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz özbəkistanlı Sunnatulla Azimova, Moldova təmsilçisi Dorin Gotonoagaya və bolqarıstanlı İvaylo İvanova qalib gələrək yarımfinala yüksəlib. Yaponiyalı Kenya Koharanı məğlub edən Rüfət İsmayılov finalda İran cüdoçusu Seyid Mollaeyə qalib gələrək “Böyük dəbilqə” beynəlxalq turnirinin qızıl medalını qazanıb.