Teymur Məmmədov Azərbaycanın İslamiadada 55-ci qızıl medalının müəllifi olub VİDEO
Bakı, 18 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 91 kiloqram çəki dərəcəsində mübarizənin finalında qalib gələn Teymur Məmmədov Azərbaycanın İslamiadada 55-ci qızıl medalının müəllifi olub.
AZƏRTAC xəbər verir ki, Olimpiya mükafatçımız Teymur Məmmədov həlledici mərhələdə türkiyəli Burak Akşinlə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 3:2 hesabı ilə qələbə qazanan Teymur Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Bu çəki dərəcəsində bürünc medallara suriyalı Eldin Alaa Qhoussoun və mərakeşli Abdelcalil Abuhamdalayiq görülüblər.