Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda keçirilən Xəzər Texniki Konfransında dünyanın neft-qaz sahəsinin aparıcı mütəxəssisləri toplanıb YENİLƏNİB VİDEO

Bakı, 1 noyabr, Laçın Sultanova, AZƏRTAC

Xəzər regionunun neft-qaz sənayesini təmsil edən yüksək vəzifəli rəhbərlər və texniki ekspertlər IV Xəzər Texniki Konfransında və Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) sərgisində iştirak etmək üçün Bakıya toplanıblar.

Konfransın media-tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, SOCAR-ın dəstəyi ilə təşkil olunan tədbirdə neft-qaz sahəsinin Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, Avropa, Asiya, ABŞ-dan olan peşəkarları, o cümlədən beynəlxalq və milli neft-qaz şirkətlərinin, hökumət orqanlarının, servis şirkətlərinin, ali məktəblərin, QHT-lərin və digər təşkilatların nümayəndələri iştirak edirlər.

Builki mövzusu “Gəlir axtarışında” adlanan konfrans 3 panel sessiyadan ibarətdir. İştirakçılar Azərbaycanda və Xəzər regionunda kəşfiyyat və hasilat sahəsinin aktual problemlərini, bütövlükdə, bu problemlərin həlli yollarını müzakirə edirlər.

Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) prezidenti Darsi Spedi konfransda çıxış edərək xatırladıb ki, bu, SPE-nin çoxsaylı transmilli enerji layihələrinin iştirakçısı olan Azərbaycanda keçirilən artıq ikinci konfransıdır.

Konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə SOCAR-a xüsusi minnətdarlığını bildirən Darsi Spedi deyib: “Bu konfrans neft-qaz sahəsində çalışan yerli və beynəlxalq peşəkarlara bir yerə toplanmaq, problemləri və təcrübələri barədə bölüşmək, texniki biliklərini artırmaq, biznes münasibətləri qurmaq, həmçinin yeni texnologiyalar və bu sahədə inkişaf haqqında təsəvvürlərin təkmilləşdirilməsinə kömək fürsəti yaradır”.

SOCAR-ın birinci vitse-prezidenti, hazırda hökumət nümayəndəliyinin tərkibində xaricdə səfərdə olan Xoşbəxt Yusifzadənin çıxışının mətnini onun müşaviri Ələkbər Abbasov oxuyub. Ə. Abbasov SPE-nin 2015-ci ildə Bakıda keçirilən birinci konfransından sonrakı dövrdə ölkəmizdə energetika sahəsində baş vermiş əsas hadisələr barədə danışıb. O, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında bu il sentyabrın 14-də imzalanmış, düzəlişlər edilmiş və yenidən tərtib olunmuş Sazişi xüsusi vurğulayıb. Yeni “Əsrin müqaviləsi”nin böyük faydası barədə danışan Ə.Abbasov bildirib ki, saziş imzalandıqdan sonra xarici sərmayədarlar tərəfindən Azərbaycana 3,6 milyard ABŞ dolları məbləğində bonus ödəniləcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizədək artacaq, Azərbaycanın payına düşən mənfəət nefti 75 faiz təşkil edəcək.

O, həmçinin “Əsrin müqaviləsi”nin icrasının 23 illik statistikasını təqdim edib. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlarından 438 milyon ton neft və 138 milyard kubmetr qaz hasil edilib. Dünya bazarlarına 459 milyon ton, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə 342 milyon ton Azərbaycan nefti nəql edilib. “Azəri-Çıraq-Günəşli” yataqlarında hələ təxminən 500 milyon ton hasil olunmamış neft ehtiyatları var.

SOCAR nümayəndəsi, həmçinin “Şahdəniz” yatağı barədə məlumatları da təqdim edərək söyləyib ki, bu qaz-kondensat yatağından hasilat başlanandan indiyə qədər 86 milyard kubmetr qaz və 21,5 milyon ton kondensat çıxarılıb. Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana 6,5 milyard kubmetr, Türkiyəyə isə 48,5 milyard kubmetr qaz nəql edilib.

Ələkbər Abbasov konfrans iştirakçılarına bu günlərdə Azərbaycanda 2 milyardıncı ton neft hasil olunacağını söyləyib. “1871-ci ildən aparılan qeydiyyatlara əsasən bu günədək Azərbaycanda təxminən 2 milyard ton neft hasil edilib. Müstəqillik dövründə ölkə artıq 700 milyon ton neft çıxarılıb. Bu həcmin 460 milyon tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarının və “Şahdəniz” yatağından çıxarılan kondensatın payına düşür. Qalan 240 milyon ton isə SOCAR-ın müstəqil hasil etdiyi neftdir”, - deyə Ə.Abbasov bildirib. O, həmçinin SOCAR-ın həyata keçirdiyi TANAP, TAP, “Şahdəniz-2”, STAR, Petkim və digər layihələr barədə danışıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə yataqların işlənilməsi üzrə vitse-prezidenti Brant Xasebe Azərbaycanı uğurlu transmilli əməkdaşlıqda parlaq nümunə adlandırıb. O, SOCAR-la uğurlu əməkdaşlıqdan danışaraq “Azəri”, “Çıraq” yataqlarının və Xəzərin dərinsulu hissəsinin işlənilməsi barədə bu il sentyabrın 14-də imzalanmış yeni “Əsrin müqaviləsi”ni xüsusi qeyd edib. BP-nin həyata keçirdiyi sərmayə siyasətindən danışan B.Xasebe qiymətlərin kəskin aşağı düşməsinin bu siyasətə ciddi təsir göstərdiyini bildirib. O, şirkətin regionda bundan sonrakı fəaliyyət planlarından danışıb.

“TOTAL E&P Azərbaycan” şirkətinin icraçı direktoru Denis Lemarşal şirkətin “Abşeron” dəniz qaz yatağındakı işlərindən danışıb. O bildirib ki, gələn ilin yanvarında ilk quyunun qazılmasına başlamaq və müvafiq sərmayə qoyuluşu haqqında qərar qəbul edilib.

Noyabrın 3-dək davam edəcək konfransın panel iclaslarında “Modernləşdirilmə: yeni texnologiyaların tətbiqi və istifadəsini necə sürətləndirmək”; “Lokallaşdırma: ali təhsilin inkişafı və regionda neft-qaz təchizatı sistemi”; “Əməkdaşlıq: sənayedə maraqlı tərəflər innovasiyalı qərarlar tətbiq etməklə aktivlərin dəyərini hansı yolla maksimallaşdıra bilər” və s. mövzular müzakirə ediləcək.

“SOCAR”, “SOCAR AQS”, BP; “TOTAL”, “ExxonMobil”, “DeGolyer and MacNaughton”, “Gazprom Neft NTC”, “PJSC Novatek”, “Dragon Oil”, “NC JSC KazMunaiGaz”, “TengizChevroil”, “Schlumberger”, “Halliburton”, “Baker Hughes” şirkətlərinin, həmçinin Qazaxıstanın Energetika Nazirliyinin və s. nümayəndələri çıxış edəcək ekspertlər siyahısındadır.

Konfransın texniki proqramına əsas sessiyalardan əlavə 12 texniki sessiya da daxildir. Tədqiqatlar əsasında nümayiş olunan bütün təqdimatlar ümumi mövzuya - indiki dövrdə xərclərin azaldılmasına cavab olaraq, Xəzər dənizi regionunda müasir vasitələrin, texnologiya və texnikanın necə tətbiq edilməsinə həsr olunub.

Konfrans iştirakçıları müxtəlif tədbirlərdə iştirak edəcək, bu sahə üzrə həmkarları ilə təcrübə mübadiləsi aparacaq, yeni işgüzar münasibətlər quracaq, həmçinin mövcud münasibətləri daha da möhkəmləndirəcəklər.

Neft-qaz Mühəndisləri Cəmiyyəti (SPE) dünyanın 135 ölkəsində enerji resurslarının işlənilməsi və hasilatı ilə məşğul olan 124 mindən çox üzvünə xidmət göstərir. Cəmiyyətin missiyası ümumi səmərə naminə neft-qaz resurslarının kəşfiyyatı, işlənilməsi və hasilatına aid texniki biliklərin və bu resurslarla bağlı texnologiyaların toplanmasına, yayılmasına və mübadiləsinə, habelə mütəxəssislərin texniki və peşəkar səriştəlilik səviyyəsinin artırılmasına yardım etməkdən ibarətdir.

Bakıda keçirilən Xəzər Texniki Konfransında dünyanın neft-qaz sahəsinin aparıcı mütəxəssisləri toplanıb  YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə