ELM VƏ TƏHSİL


Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyası qüvvəsidir

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov YAP-ın yaradılmasının əhəmiyyətindən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin sədri olduğu YAP ölkəmizin aparıcı siyası qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün öz sıralarında 700 mindən çox məsləkdaşı birləşdirən YAP ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır. YAP üzvlərinin 40 faizini gənclər təşkil edir. Cəmiyyətimizin avanqard qüvvəsi olan YAP-ın üzvləri kimi bizim üzərimizə mühüm vəzifələr düşür. ADPU ölkəmizin məktəblərini dərin biliyə, geniş dünyagörüşünə, milli mənəvi dəyərlərimizə bağlı olan mütəxəssislərlə təmin etməlidir.

YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının sədri, professor Himalay Qasımov və ”91-lər”dən biri, dosent Maqsud Nəcəfov partiyanın yaranma tarixi, keçdiyi böyük və şərəfli inkişaf yolu barədə danışıblar. Qeyd edilib ki, YAP qısa müddətdə öz sıralarını xeyli genişləndirib, ümumxalq partiyası kimi məşhurlaşıb. YAP güclü və mütəşəkkil siyasi partiya olaraq Azərbaycanın strateji hədəflərinin müəyyənləşdirilməsində, ölkəmizin dünya miqyasında tanınmasında dövlətimizin mühüm dayağına çevrilib.

Tədbirdə YAP-ın fəaliyyətini əks etdirən videoçarx göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.