ELM VƏ TƏHSİL


Bakıda “Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər” mövzusunda tədbir təşkil olunub

Bakı, 15 dekabr, AZƏRTAC 

Dekabrın 15-də Bakıda UNICEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən hazırlanan Milli Kurikulum Çərçivəsinə dair “Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Emin Əmrullayev “Alternativ tədris proqramların təbliği” layihəsi haqqında ətraflı məlumat verib, layihə çərçivəsində Milli Kurikulum Çərçivəsinin ilkin versiyasının hazırlanması barədə danışıb. E.Əmrullayev, eyni zamanda, tədbirin Milli Kurikulum Çərçivəsi sahəsində aparılan tədqiqatların və perspektivlərin müzakirəsi məqsədilə keçirildiyini diqqətə çatdırılıb.

UNICEF nümayəndəliyi rəhbərinin müavini Min Yuan təmsil etdiyi qurum ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, təhsil eksperti Zülfiyyə Veysova və Milli Təhsil Texnologiyaları Mərkəzi İctimai Birliyinin sədri Şamil Süleymanlının Milli Kurikulum Çərçivəsinə dair təqdimatları dinlənilib. Layihəyə əsasən reallaşdırılan tədbirlərlə bağlı müzakirələr aparılıb.

Qeyd olunub ki, Milli Kurikulum Çərçivəsinin ilkin versiyası UNICEF-in maliyyələşdirdiyi “Alternativ tədris proqramlarının təbliği” layihəsinə əsasən hazırlanıb. UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə imzalanmış “2016-2017-ci illərə dair Dövri Fəaliyyət Planı”na uyğun olaraq Təhsil İnstitutuna beynəlxalq təcrübənin yerli mühitə uyğunlaşdırılması, onun əsasında alternativ və variativ kurikulumlarının hazırlanması işlərində maliyyə dəstəyi göstərib.

Layihə çərçivəsində təmayüllər üzrə təhsil alan 10-cu siniflər üçün 7 istiqamət üzrə tədris proqramları tərtib edilərək çap olunub. Xarici ölkələrin milli kurikulum çərçivələri araşdırılıb və Azərbaycanda Milli Kurikulum Çərçivəsi üçün təlimat hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.