Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq Tərtərdə kənd təsərrüfatının inkişaf edən sahələrindəndir VİDEO

Tərtər, 22 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir.

Son illər respublikamızda arıçılığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da kənd təsərrüfatının digər sahələri kimi arıçılıq ilbəil inkişaf edir.

Tərtər Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, gəlirli sahə olduğundan son illər rayonda arıçılığa maraq xeyli artıb. Belə ki, beş il əvvəl rayonda 180 arıçılıq təsərrüfatı mövcud idisə, hazırda 242 ailə bu işlə məşğul olur. Rayonda arı ailələrinin sayı da hər il artmaqdadır. Əgər 2015-ci ildə rayonda 2434 arı ailəsi var idisə, indi arı ailələrinin sayı 2881-ə çatıb.

Rayonun arıçıları hər il Bakı şəhərində keçirilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına müxtəlif çeşiddə arıçılıq məhsulları çıxarırlar.

Tərtərli arıçı: “Arıçılıq məhsulları istehsalında yüksək nəticələrə

nail olmağa çalışacağıq”

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev arıçılığın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq deyib: “Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr olacaqdır”. Dövlət başçısının bu sözlərindən stimul alan tərtərli arıçılar 2018-ci ildə və qarşıdan gələn növbəti illərdə arı məhsulları istehsalında yüksək nəticələr əldə edəcəklərini bildirirlər. 

Tərtərli arıçı İlqar Qasımov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Azərbaycanda arıçılığın inkişafı üçün gözəl şərait var. Qiymətli ərzaq, həm də dəyərli müalicə vasitəsi olan arıçılıq məhsulları, eyni zamanda, respublikamıza böyük məbləğdə valyuta gətirə bilər. Biz arıçılar Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından ruhlanaraq, təsərrüfatımızı daha da genişləndirəcək və arıçılıq məhsulları istehsalında yüksək nəticələrə nail olmağa çalışacağıq”.

Qadın arıçılar və gənclər arı südü istehsalına cəlb olunacaq

Bu yaxınlarda Azərbaycan Arıçılar Assosiasiyasının Tərtərdə rayon şöbəsi yaradılıb. İyirmi ilə yaxın müddətdə arıçılıqla məşğul olan Bəkir Ağayev assosiasiyanın rayon şöbəsinin sədri seçilib. O, Azərbaycan Arıçılar Assosiasiyasının rayon şöbəsinin yaradılmasını yüksək qiymətləndirərək, bunun Tərtərdə arıçılığın inkişafına töhfə verəcəyini deyib. Qeyd edib ki, rayonda assosiasiyaya üzv olan arıçıların vaxtaşırı görüşləri keçirilir, arıçılığın inkişafı, qarşıya çıxan problemlərin həll edilməsi, məhsuldarlığın yüksəldilməsi, arılara qulluq, müxtəlif arı xəstəlikləri ilə mübarizə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılır. Təcrübəli arıçılar gənc arıçılara öz tövsiyə və məsləhətlərini verirlər. 

Assosiasiyanın rayon şöbəsinin sədri 2018-ci ildə arıçılıq məhsulları, o cümlədən arı südü istehsalını artırmaq üçün bir sıra tədbirlərin görüldüyünü, rayonda Gənc Arıçılar Birliyi və Qadın Arıçılar Birliyinin yaradıldığını deyib. Bildirib ki, qadın arıçılar, eləcə də gənclər əsasən arı südü istehsalına cəlb ediləcəklər.

Tərtərli arıçılar ilk dəfə kandidən istifadə edir

Tərtərə səfər zamanı rayon arıçılarının ilk dəfə olaraq arı pətəklərinə kandi (arı yemi və ya arı xəmiri) verdiklərinin şahidi olduq. Avropada və Türkiyədə geniş yayılmış bu üsuldan arı ailələrini aktivləşdirmək məqsədilə istifadə edilir. Bir kiloqram kandinin 700 qramı şəkər pudrası, 300 qramı isə baldan ibarətdir. Bundan başqa, kandinin içərisinə nozemat pereparatı da əlavə edilir ki, bu da arıların erkən yazda nozematoz xəstəliyinə tutulmasının qarşısını alır. 

Hazırlanan arı yemi bir paketə qoyularaq, arı ailələrinə verilir. Arı ailələrinə kandi verilməsi məhsul istehsalının artmasına səbəb olur.

“Arı halallığı və təmizliyi sevən canlıdır”

Mirsadiq Bağırov Tərtərdə ən təcrübəli arıçılardandır. Ömrünün 42 ilini bu sahəyə həsr edən arıçı sevimli peşəsi haqqında danışarkən deyib: “Arıçılıq çox maraqlı, eyni zamanda, çətin peşədir. Bu sahə insandan səbr, həssaslıq və incəlik tələb edir. Arı halallığı və təmizliyi sevən canlıdır. Arıçı da gərək buna riayət etsin. Ata-babadan arıçılıqda daim halallığa diqqət etmiş, hər şeyin təbii olmasına çalışmışıq”.

Onun təsərrüfatında hazırda 120 arı ailəsi var. 2017-ci təsərrüfat ilində pətəklərdən 800 kiloqramdan artıq bal götürən arıçı məhsulun satışında çətinlik olmadığını bildirib. “Rayonda bal istehsalçısı kimi tanındığım üçün satışda problem olmur. Kimə bal lazım olsa, gəlib evdən alır. Balla yanaşı, ana arı südünün də satışını həyata keçirirəm. Bu möcüzəli məhsul şəfaverici xüsusiyyətlərinə görə əvəzsizdir”, - deyə təcrübəli arıçı vurğulayıb.

Mirsadiq Bağırovun təsərrüfatındakı arılar balı əsasən yonca, qanqal, akasiya, biyan, böyürtkən, qaratikan və sair bitkilərdən toplayır. Respublikamızın bitki örtüyünün müxtəlifliyini nəzərə alaraq, arı ailələrinin normal inkişafını təmin etmək və yüksək məhsul götürmək üçün arılar mövsüm ərzində bir neçə yerə köçürülür.

Tərtərli arıçı müxtəlif çiçəklərdən toplanan, vitamin və minerallarla zəngin olan arı məhsullarının insan orqanizmi üçün faydalarından da danışıb: “Ən zəruri qida olan bal min bir dərdin dərmanıdır. Təsadüfi deyil ki, dünya şöhrətli təbib İbn Sina da baldan bir çox xəstəliklərin müalicəsində istifadə edib. Hazırda da təbabətdə bal vasitəsilə mədə-bağırsaq sistemi, böyrək, qaraciyər xəstəlikləri müalicə olunur. Bal orqanizmi möhkəmlədir, onu müxtəlif xəstəliklərdən qoruyur. Arı südü də insan orqanizmi üçün vacib olan zəngin tərkibə malik əvəzedilməz məhsuldur. Müalicəvi xüsusiyyətlərinə görə o, baldan da üstündür”.

Beləliklə, tərtərli arıçılar artıq növbəti mövsümün hazırlıqlarını görürlər. Onlar arıçılıq məhsulları istehsalında yüksək nəticələrə nail olmağı, bununla həm ölkə əhalisinin tələbatını ödəməyi, həm də xaricə bal ixracını qarşıya əsas vəzifə kimi qoyublar.

İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq Tərtərdə kənd təsərrüfatının inkişaf edən sahələrindəndir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir