Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib YENİLƏNİB 2 VİDEO

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirəni MSK-nın sədri Məzahir Pənahov açaraq qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərinin aprelin 11-nə təyin olunması ilə bağlı Sərəncamında Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanıb keçirilməsinin təmin olunması həvalə edilib. Seçki Məcəlləsinin tələbinə görə, MSK seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan kimi fəaliyyətə başlayıb. “Artıq təqvim planını təsdiq etmişik. Bu plana uyğun olaraq fəaliyyətimizə başlamışıq. Bu seminar-müşavirə də təqvim planına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı təşkil edilib. Bu, aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədi daşıyır”, - deyə Məzahir Pənahov vurğulayıb.

MSK sədri bildirib ki, aşağı seçki komissiyaları seçki prosesinin iştirakçısı rolunda çıxış edirlər. Seçki Məcəlləsinin tələbinə görə, Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyaları vətəndaşların səsvermə hüququnu təmin etmək, seçki subyektlərinin fəaliyyətini qanunun tələbinə uyğun idarə etmək, tədbirlərin qanunauyğun surətdə keçirilməsi üçün müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir. Ona görə də burada aparılan müzakirələrin nəticəsi atılacaq sonrakı addımlar üçün əsas olmalıdır.

Məzahir Pənahov qeyd edib ki, Azərbaycanda mövcud olan sabitlik şəffaf və demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradır. Bütün seçki komissiyalarının fəaliyyətinin Seçki Məcəlləsinin tələbinə uyğun təmin edilməsi üçün lazımi şərait yaradılıb. Seçki Məcəlləsinin tələbinə görə bu şəraitin yaradılması icra orqanlarının vəzifəsidir. İndiyədək keçirilən seçkilərin nəticələri göstərir ki, ölkəmizdə dairə seçki komissiyalarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.

“Seçkilər hər bir ölkənin demokratik prinsiplərə nə dərəcədə malik olduğunun göstəricisidir. Biz çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”, - deyə MSK sədri vurğulayıb.

Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev seminar-müşavirədə “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Bu maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan Prezidentin köməkçisi bildirib ki, seminar-müşavirə qarşıdan gələn seçkilərin ən yüksək səviyyədə keçirilməsi üçün üzərimizə düşən vəzifələrin müzakirəsi baxımından önəmlidir. Ənənəvi olaraq təşkil edilən bu müşavirələr imkan yaradıb ki, prezident, parlament, bələdiyyə seçkilərinin, referendumun keçirilməsində hər dəfə keyfiyyətcə daha üstün səviyyəyə qalxaq. Azərbaycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər nəinki cəmiyyətimizdə, eyni zamanda, hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilir. Əlbəttə ki, əldə olunan bu nailiyyətlərdə yerlərdə seçkilərin keçirilməsinə məsul olan şəxslərin əməyi çox böyükdür.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda hər dəfə seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi çox böyük rol oynayıb. Dövlətimizin başçısı seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında çox ciddi vəzifələr qoyub.

Ölkəmizdə hökm sürən sabitliyin, təhlükəsiz mühitin də seçkiləri demokratik prinsiplər əsasında keçirməyi şərtləndirən amillər olduğunu deyən Zeynal Nağdəliyev qeyd edib ki, bu gün Azərbaycan öz inkişaf yolu ilə gedir, ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Məhz bu parametrlərinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir. Əlbəttə ki, Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, sabitlik, qazanılan nailiyyətlər seçkidən-seçkiyə seçicilərin fəallığının artması ilə müşahidə olunur. Ölkəmizin qazandığı bu uğurlar bizim üzərimizə düşən məsuliyyəti daha da artırır. Qarşıda duran əsas vəzifə prezident seçkilərini ən yüksək meyarlara uyğun keçirməkdir. İndiyə qədər keçirilən seçkilərdə əldə olunan təcrübə bizə imkan verəcək ki, qarşıdan gələn seçkiləri də ən yüksək səviyyədə keçirək.

Prezidentin köməkçisi qeyd edib ki, yerlərdə dairə seçki komissiyalarının fəaliyyəti üçün lazımi şəraitin yaradılması qanunvericiliklə icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifədir. Dövlətimizin başçısı bu məsələni daim diqqət mərkəzində saxlayır. Artıq yerlərdə seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün bütün lazımi şərait yaradılıb. Buna baxmayaraq, Mərkəzi Seçki Komissiyası ilə birgə yerlərdə monitorinqlər aparılır. Əgər hər hansı bir məsələ ortaya çıxarsa, o da mütləq şəkildə həllini tapmalıdır. Hər zaman seçkiqabağı kütləvi tədbirlərin, görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlər təyin olunur. Təbliğat-təşviqat kampaniyası başlayana qədər həmin yerlər müəyyənləşdirilir, hamı üçün bərabər şərait yaradılır. Kampaniya başlayana qədər həmin yerlər kütləvi informasiya vasitələrində yayımlanacaq.

Zeynal Nağdəliyev bildirib ki, səsvermə prosesində qanunvericiliyə ciddi əməl olunması təmin edilməlidir. Seçkilər azad, sərbəst, şəffaf, demokratik prinsiplər əsasında keçirilməlidir. Şəffaf seçkilərin keçirilməsi üçün ən vacib məsələlərdən birinin də dürüst seçici siyahılarının hazırlanması olduğunu qeyd edən Prezidentin köməkçisi bildirib ki, bu iş həmişə olduğu kimi, yüksək səviyyədə həyata keçirilir. “İnanıram ki, əvvəlki seçkilərin təcrübəsindən bəhrələnərək qarşıdan gələn prezident seçkilərini də ən yüksək səviyyədə təşkil edəcəyik. Hər birimizin vəzifəsi ondan ibarətdir ki, əldə olunmuş nailiyyətləri qoruyub saxlayaq və daha da artıraq”, - deyə Zeynal Nağdəliyev vurğulayıb.

“Seçki hüququnun konstitusion əsasları. Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki hüququnun realizə mexanizmləri” mövzusunda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, ənənəvi olaraq bu cür seminar-müşavirələrin təşkili şəffaf və demokratik seçkilərin keçirilməsi işinə töhfə verir. Seçki prosesinin həssas məsələ olduğunu bildirən Konstitusiya Məhkəməsinin sədri deyib ki, bu prosesdə hər zaman yeniliklər tətbiq olunur. Əlbəttə ki, bu da şəffaflığın, ədalətin təmin olunması, qanunvericiliyin qorunması məqsədini daşıyır.

“Bu gün dünyada müxtəlif siyasi, iqtisadi proseslər gedir, bütün cəmiyyətlər heç də sabit inkişaf etmir. Əlbəttə ki, bu proseslər seçkilərə də təsirini göstərir. Azərbaycanda isə sabitlik hökm sürür, cəmiyyətimiz sabit şəkildə inkişaf edir. Bu da seçki prosesinin şəffaf və demokratik keçirilməsi üçün zəmin yaradır”, - deyə Fərhad Abdullayev vurğulayıb.

Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Azərbaycanda seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsi üçün indiyə qədər Mərkəzi Seçki Komissiyası tərəfindən böyük işlər görülüb. Hər bir dövlətdə seçkilər onun imicinə çox ciddi təsir göstərir. Bu baxımdan dövlətimiz və ictimaiyyətimiz hər zaman seçkilərə çox böyük önəm verir.

Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və bir sıra digər normativ hüquqi aktlar, həmçinin Mərkəzi Seçki Komissiyasında qəbul olunan təlimatlar və qərarlar seçki prosesinin qanunlar çərçivəsində şəffaf keçirilməsinin təmin edilməsinə yönəldilib. O deyib ki, müasir texnologiyaların imkanlarından istifadə etməklə seçki prosesinin izlənməsi və digər mütərəqqi addımlar təqdirəlayiqdir.

“Yerlərdə dairə seçki komissiyalarında seçicilərin konstitusion hüquqlarının təmini istiqamətində ciddi iş aparılmalıdır. Bu gün dünyada seçicilərin öz hüquqlarından istifadə etmələri ilə bağlı problemlər mövcuddur. Misal üçün, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında aktiv seçki hüququnun məhdudlaşdırılması, xüsusilə məhkumların hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilib. Bir sıra Avropa ölkələrində də bu məhdudiyyət var. Ancaq Azərbaycanda belə məhdudiyyət yoxdur və əlbəttə ki, bu, çox mütərəqqi bir addımdır. Azərbaycanda əhalinin bütün elektoratı, o cümlədən azadlıqdan məhrum edilən şəxslər də seçkilərdə iştirak edəcəklər”, - deyə Fərhad Abdullayev vurğulayıb.

Daha sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova “Seçki hüququ insan və vətəndaş hüquqlarından biri kimi” mövzusunda çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk dəfə qadınlara səsvermə hüququnu verdiyini xatırladan müvəkkil bildirib ki, seçki prosesinin təməl prinsiplərindən biri də seçki hüquqlarının təmin edilməsidir. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 27-də imzalanmış “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da seçki komissiyalarının maarifləndirilməsi məsələsi xüsusi qeyd edilib.

Azərbaycanın Seçki Məcəlləsinin ildən-ilə təkmilləşdirildiyini vurğulayan E.Süleymanova bildirib ki, atılan addımlar, qəbul olunan qərarlar insanların seçki hüquqlarının qorunmasına xidmət edir. Ölkəmizdə hər bir insanın səsvermədə sərbəst, şəffaf şəkildə iştirakı üçün lazımi şərait yaradılıb. “Əvvəllər seçicilərin qeydiyyatda olduğu yer üzrə səs verməsi müəyyən problemlər yaradırdı. Nazirlər Kabinetinin müvafiq qərarından sonra seçicilərin qeydiyyatda olduğu yerdə səs verməsi tələb olunmur, hər bir vətəndaş harada olmasından asılı olmayaraq şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilər ki, bu da seçicilərin seçkilərdə azad şəkildə iştirak etmələri üçün şərait yaradır”, - deyə müvəkkil vurğulayıb.

E.Süleymanova qeyd edib ki, Azərbaycanda əlilliyi olan insanların da seçkilərdə iştirakı üçün lazımi şərait yaradılıb, seçki məntəqələrində panduslar quraşdırılıb.

Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında ekspert qruplarının da yaradıldığını bildirən ombudsman deyib ki, seçkilərdə hər kəsin seçki hüququnun təmin olunması üçün bütün işlər görülüb.

Azərbaycanda Ombudsman təsisatının yarandığı gündən ölkəmizdə keçirilən bütün seçkilərdə Mərkəzi Seçki Komissiyası, yerlərdə dairə seçki komissiyaları ilə əlaqəli fəaliyyət göstərdiyini deyən müvəkkil bildirib ki, səsvermə günü MSK-nın İnformasiya Mərkəzində bütün lazımi şərait yaradılır. Həmçinin Ombudsman təsisatının əməkdaşları bölgələrdə seçkinin gedişini müşahidə edirlər. Toplanmış məlumatlar da MSK-da yaradılmış İnformasiya Mərkəzindən ölkə ictimaiyyətinə çatdırılır.

Ədliyyə nazirinin müavini Azər Cəfərov “Azərbaycan Respublikası Prezidentinin seçkilərində ədliyyə orqanlarının və məhkəmələrin rolu və vəzifələri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanda seçkilər seçki komissiyaları tərəfindən həyata keçirilsə də, qanunvericilik bir sıra digər orqanların da bu sahədə vəzifələrini müəyyən edib. Ədliyyə orqanlarının da seçkilərin təşkilində və keçirilməsində müəyyən fəaliyyət istiqamətlərinin olduğunu bildirən nazir müavini deyib: “Burada söhbət seçki prosesinin normativ tənzimlənməsindən, sənədlərin təsdiqlənməsindən, seçici siyahılarının tərtib edilməsindən, müxtəlif ekspertizaların keçirilməsindən, həmçinin seçki komissiyaları ilə birlikdə penitensiar müəssisələrdə, yəni, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında seçkilərin təşkilindən gedir”.

A.Cəfərov bildirib ki, vətəndaşların aktiv seçki hüququnun təmin edilməsi sahəsində ədliyyə orqanlarının üzərinə düşən vəzifələrdən ən əsası penitensiar xidmətdə seçkilərin təşkilidir. Artıq 20 ildən çoxdur ki, həbs olunmuş şəxslərin və məhkumların seçkilərdə iştirakını təmin etmək məqsədilə MSK və dairə seçki komissiyaları ilə sıx əməkdaşlıq həyata keçirilir. Həmçinin səsvermə günü xidmətdə olan əməkdaşlar, hərbi qulluqçular da penitensiar müəssisələrdə səs verirlər. Həbs edilmiş və cəza çəkən şəxslərin seçkilərdə iştirakının təmini üçün artıq kifayət qədər təcrübə formalaşıb və bu prosesin düzgün və ədalətli şəkildə aparılması ilə bağlı bütün mexanizmlər mövcuddur. Penitensiar müəssisələrdə MSK və dairə seçki komissiyalarının iştirakı ilə seçki komissiyası yaradılır, müvafiq maarifləndirmə işləri aparılır. Seçki ilə bağlı televiziyalarda çıxışların cəza çəkən şəxslər tərəfindən izlənilməsinə şərait yaradılır. KİV təmsilçilərinin, beynəlxalq müşahidəçilərin bu məntəqələrdə müşahidəsi üçün müvafiq qaydada şərait yaradılır. Səsvermə günü seçki komissiyalarının üzvləri penitensiar müəssisələrin ərazilərində sərbəst hərəkət edə bilirlər.

Qeyd edilib ki, ədliyyə orqanlarının üzərinə düşən vəzifələrdən biri də sənədlərin yoxlanılması məsələsidir. İmza vərəqəsindəki imzaların düzgünlüyünün yoxlanılması üçün seçki komissiyaları işçi qrupları yaradırlar. Ədliyyə Nazirliyi də bu qruplarda yaxından təmsil olunur.

Baş prokurorun birinci müavini Rüstəm Usubov “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycanda hüquqi dövlətin əsasları möhkəmləndirilib, demokratik ənənələr davam etdirilib, insanların öz iradəsini azad və sərbəst şəkildə ifadə etmələrinə imkan yaradan demokratik seçki və referendumların keçirilməsi üçün əlverişli mühit və zəruri əsaslar yaradılıb. Bu gün ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə olan prezident seçkilərinin astanasındayıq. Azərbaycanda hökm sürən sabitliyin, demokratik prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu tam əminliklə deməyə əsas verir ki, aprelin 11-də prezident seçkiləri şəffaf, demokratik şəkildə keçiriləcək.

Seçkilərin keçirilməsində prokurorluq orqanlarının üzərinə düşən vəzifələrdən danışan R.Usubov deyib: “Bu vəzifələr, ilk növbədə, prokurorluq tərəfindən seçkilərdə iştirak edən vətəndaşların seçki hüquqlarının təmini, qanunla müəyyən edilmiş hallarda seçkidə iştirak hüquqlarının və seçki qanunvericiliyinin tələblərinin pozulmasına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq, Respublika Baş Prokurorluğu MSK və digər seçki komissiyaları ilə səmərəli şəkildə əməkdaşlıq etməklə qanunla üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. Seçkilər və referendumla bağlı prokurorluq orqanlarının vəzifələri əsasən daxil olmuş şikayət və müraciətlərə baxılması ilə əlaqədar olur”.

Qeyd edilib ki, prezident seçkilərində seçki qanunvericiliyinin tələblərinin pozulmasına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı prokurorluq orqanlarının qarşısında qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq ekspert qrupları ilə qarşılıqlı səmərəli və operativ əlaqələrin təmini istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib. Belə ki, Baş Prokurorluqda da seçkilərlə bağlı işçi qrupu yaradılıb. Həmin işçi qrupu ərizə və şikayətlərə baxılmasına bilavasitə cavabdehlik daşıyır.

Daxili işlər nazirinin müavini Oruc Zalov “Azərbaycan Respublikası Prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edib. Nazir müavini bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Daxili İşlər Nazirliyində müvafiq tədbirlərə başlanılıb. Ayrı-ayrı strukturlar qarşısında müvafiq vəzifələr qoyulub. Ötən illər ərzində insanların hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təmini məqsədilə müvafiq fərman və sərəncamlar imzalanıb, Azərbaycanın Seçki Məcəlləsinə, İnzibati Xətalar, Cinayət-Prosessual məcəllələrinə, sərbəst toplaşmaq haqqında Qanuna və digər normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilib. 11 aprel seçkilərinin sabit və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin tam həcmdə və layiqincə yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Nazir müavini deyib: “Bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindəndir. Qeyd etmək lazimdır ki, xalq-iqtidar birliyi ölkəmizdə sabitliyi şərtləndirən əsas amillərdəndir. Sabitlik xalqımızın hakimiyyətə olan inamının nəticəsidir”.

O.Zalov qeyd edib ki, prezident seçkilərinin qanunvericiliyə uyğun təhlükəsiz şəraitdə keçirilməsi, səsvermə günü vətəndaşların öz iradəsini sərbəst ifadə etmələri üçün əsas şərt olan ictimai asayişin qorunmasının təşkili məqsədilə nazirlik müvafiq tədbirlər planı hazırlayıb. Daxili İşlər Nazirliyinin bütün orqanları qarşıya qoyulan vəzifələrin vicdanla və təhlükəsiz həyata keçirilməsi üçün səfərbər olub.

Bildirilib ki, təbliğat və təşviqat kampaniyaları dövründə toplantı və görüşlərin keçirildiyi yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq. Eyni zamanda, təbliğat və təşviqat kampaniyaları vaxtı, səsvermə günü və səsvermədən sonra razılaşdırılmamış, qeyri-qanuni siyasi aksiyaların qarşısı qətiyyətlə alınacaq. Belə hallar müəyyən olunarsa qanunvericiliyə müvafiq qaydada tədbirlər görüləcək. “Seçki bülletenləri seçki məntəqələrinə gətirildikdən sonra həmin məntəqələr polis tərəfindən tam mühafizəyə götürüləcək”, - deyə nazir müavini vurğulayıb.

Sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov “Səsvermə prosesi başa çatdıqdan sonra DSK və MnSK-ların üzərinə düşən əsas vəzifələr”, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov “Dövlət avtomatlaşdırılmış informasiya sisteminin yeni funksional imkanları və onlardan istifadə qaydaları”, Mərkəzi Seçki Komissiyası Katibliyinin ümumi şöbəsinin müdiri Elşən Əsgərov “Dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarında kargüzarlığın təşkili” mövzularında çıxış ediblər.

Qeyd edək ki, seminar-müşavirənin davamı fevralın 19-21-də regionlarda dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcək.

Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar