Astaranın Şahagac kəndində dəniz sahilindən yığılan balıqqulağı 50-dən çox ailənin gəlir mənbəyinə çevrilib VİDEO
Astara, 18 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Şahagac kəndində Xəzər dənizi sahilindən yığılan balıqqulağı 50-dən çox ailənin gəlir mənbəyinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakinlərinin sahildən yığdıqları balıqqulağını qonşu rayonlardan, eləcə də Bakıdan da gəlib alırlar.
Kənd sakinlərinin sözlərinə görə, dəniz sahilindən yığılan balıqqulağı həcminə və rənginə görə seçilir. Balıqqulağından kənd təsərrüfatında istifadə edilməsi bu məhsula tələbatı artırıb. Balıqqulağından cənub bölgəsi üçün xarakterik olan nəmişliyin aradan qaldırılmasında, yolların təmirində, məzarlıqlarda bitən alaq otlarının qarşısının alınmasında və ən başlıcası tikinti zamanı suvaq və bəzək işlərində istifadə edilir.