Milli Məclisin sədri Oqtay Əsədov 22 saylı seçki məntəqəsində səs verib VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Prezident seçkilərinin başlandığı səhər saatlarından 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində də fəallıq müşahidə olunurdu.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.
Məntəqədə 1203 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.