Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda CAMCA Regional Forumu keçirilir YENİLƏNİB VİDEO

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də ADA Universitetində CAMCA Regional Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumunun tarixi və ADA Universitetində keçirilən bu tədbirdə müzakirə olunacaq mövzular haqqında danışan Azərbaycan üzrə milli əlaqələndirici və idarə heyətinin üzvü, SOCAR-ın marketinq və biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı ölkəmizin həyata keçirdiyi uğurlu beynəlxalq layihələr haqqında iştirakçılara ətraflı məlumat verib.

Mərkəzi Asiya-Qafqaz İnstitutunun tədqiqat məsələləri üzrə direktoru Svante Kornell tədbirin əhəmiyyətini qeyd edib.

Ramsfeld Fondunun icraçı direktoru Sarah Tonuçi burada müzakirə edilən məsələlərin vacibliyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star isə bildirib ki, bu gün Azərbaycanın ev sahibliyi etdiyi forumun əhəmiyyəti daha böyükdür. Çünki bu gün forumda aparılan təhlillər gələcəyə bir işıqdır.

ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqları salamlayaraq CAMCA Regional Forumunun bu ali təhsil ocağında keçirilməsindən məmnunluğunu bildirib. Rektor Forumda səmərəli müzakirələrin aparılacağına, iştirakçıların Azərbaycanla yaxından tanış olacaqlarına, ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə əminliyini bildirib.

Hafiz Paşayev Forum iştirakçılarına ADA universitetinin tarixi və fəaliyyəti haqqında məlumat verib. O, dünyanın 40-a yaxın ölkəsindən tələbələrin universitetdə təhsil aldığını bildirib. Hafiz Paşayev fürsətdən istifadə edərək, CAMCA Regional Forumunun iştirakçılarını ADA Universiteti ilə sıx əməkdaşlığa dəvət edib.

Qeyd edilib ki, CAMCA Forumu bölgə dövlətləri ilə yanaşı, 20 müxtəlif ölkənin hökumət qurumlarının, biznes sektorunun və elmi dairələrin yüksək səviyyəli nümayəndələrini bir araya toplayıb. CAMCA Regional Forumu geniş Mərkəzi Asiya coğrafiyasında iqtisadi artım və inkişaf məsələlərini işıqlandıran müzakirə platformasıdır.

Diqqətə çatdırılıb ki, tədbir çərçivəsində bölgənin 10 ölkəsindən yerli gənc peşəkarlar, beynəlxalq ekspertlər və digər maraqlı tərəflər bir araya toplaşaraq müvafiq gündəm üzrə dialoq aparır, iqtisadi, siyasi və sosial inkişafa həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə intellektual töhfə verirlər.

Bildirilib ki, CAMCA Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yazında və payızında elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderə ayrılaraq onları altı həftə ərzində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Birləşmiş Ştatların hökumət, qeyri-hökumət və biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə genişləndirirlər. Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üzərində çalışırlar. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycandan 17 nəfər iştirak edib. Bakı Forumunda Azərbaycan və digər ölkələrdən 120-yə yaxın CAMCA məzunu iştirak edir. Rektor azərbaycanlı gənclərin bu platformada iştirakının təqdirəlayiq olduğunu vurğulayıb.

Hafiz Paşayev CAMCA Regional Forumunun təşkilatçılarına və belə mötəbər şəxsləri bir araya gətirən ABŞ-ın Ramsfeld Fonduna təşəkkürünü bildirib və Forum iştirakçılarına uğurlar arzulayıb.

Forumda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Ramsfeld Fondunun fəaliyyətini təqdir etdiyini söyləyib. Baş nazir deyib ki, bu Fondun məqsədi liderlər yetişdirməkdir. Belə qurumlar dövlətlərarası münasibətlərin formalaşmasında böyük rol oynamalı, tənzimləmə prosesində iştirak etməlidir. Ramsfeld Fondu kimi qurumlar daha fəal olmalıdır. Belə olsaydı yəqin ki, beynəlxalq münasibətlər indiki kimi gərgin olmazdı.

Baş nazir qeyd edib ki, XX əsrin sonlarında Varşava Müqaviləsi Təşkilatı və Sovetlər Birliyi dağılandan sonra çox gözəl münasibətlər yarandı, ancaq bu da çox çəkmədi. Yenidən problemlər ortaya çıxdı, lakin indiki qədər gərginliklər yaşanmamışdı. Gərginliklərin səbəbləri müxtəlif ola bilər. Bir sıra incə məsələlər var ki, beynəlxalq arenada təmsil olunan böyük dövlətlər bunları nəzərə almalıdırlar.

Novruz Məmmədov Azərbaycanın dünyanın ən mürəkkəb, eyni zamanda, mühüm regionda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu məkanda yerləşdiyini vurğulayıb. Əlavə edib ki, Avrasiyanın mərkəzində yerləşən Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Azərbaycan Qərblə, Avropa ilə sıx əməkdaşlıq yolunu seçib və bu günə qədər mövqeyini dəyişməyib, bu istiqamətdə də böyük layihələr icra edib. Azərbaycan Şərq ilə Qərb arasında böyük İpək Yolunu bərpa etmək üçün 20 ildən artıqdır ki, müxtəlif tərəflərlə çalışır və əməkdaşlıq edir. Əlbəttə, Azərbaycana göstərilən dəstək hər zaman yüksək səviyyədə olmayıb, amma proseslər uğurla gedib. Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün çox mühüm addımlar atır. Ölkəmizin indiyə qədər enerji sahəsində uğurlu layihələr həyata keçirdiyini deyən Novruz Məmmədov bunu həm də sabitliyin, təhlükəsizliyin təminatı adlandırıb. Baş nazir enerji sahəsində nailiyyətlərimizin davam etdiyini vurğulayaraq TANAP və TAP kimi irimiqyaslı layihələri misal göstərib.

Baş nazir diqqətə çatdırıb ki, Azərbaycan ötən illər ərzində həm ölkə daxilində, həm də regionda sülhün, təhlükəsizliyin, sabitliyin təminatı üçün çox böyük addımlar atıb. Ölkəmiz dünyada sivilizasiyalararası dialoq istiqamətində prosesə çevrilmiş beynəlxalq tədbir keçirir. Azərbaycan dinlərarası dialoqda anlaşmaya da öz töhfəsini verir. Biz may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurub, qadınlara səsvermə hüququ verib. XIX əsrdə Azərbaycan ədibləri, məsələn, İsmayıl bəy Qutqaşınlı fransız dilində əsər yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür. Ancaq təəssüf ki, Azərbaycana münasibətdə bu ədaləti görə bilmirik. Azərbaycana müəyyən dəstək verilib, ancaq bu dəstək yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı bir fundamental yazı görmək olmur. Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər məsələyə dair normal münasibət ortaya qoyulmayıb. Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur. Böyük dövlətlərin rəhbərləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Azərbaycan 25 ildir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe gözləyir. Ədalət olmayanda isə yanaşma da düzgün olmur və dünyada belə vəziyyət yaranır, gərginliklər davam edir.

Forum işini panel iclaslarla davam etdirib. Panel iclaslarda müxtəlif ölkələrin nümayəndələrinin məruzələri dinlənilib, maraqlı ideyalar, təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.

Tədbir iyunun 23-də başa çatacaq.

Xatırladaq ki, bundan əvvəl CAMCA forumları 2014-cü ildə Astanada, 2015-ci ildə Ulan-Batorda, 2016-cı ildə Tbilisidə, 2017-ci ildə isə Düşənbədə təşkil edilib.

Bakıda CAMCA Regional Forumu keçirilir YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir