Sərbəst güləş yığmamız Mahaçqalada təlim-məşq toplanışını davam etdirir VİDEO
Bakı, 13 mart, AZƏRTAC
Sərbəst güləş yığmamız Mahaçqalada təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, martın 5-dən ölkə xaricində növbəti hazırlıq prosesinə start verən millimiz martın 19-da toplanışı yekunlaşdıraraq Vətənə qayıdacaq.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında keçirilən məşqlərdə həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət yetirilir. Gələn ay Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı yerli komanda ilə birgə keçirilir.
Qeyd edək ki, yunan-Roma güləşi və qadınlardan ibarət millilərimiz qitə birinciliyinə Bakıda hazırlaşırlar.