CƏMİYYƏT
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq VİDEO
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Bakıda “Education USA Alumni Fair” təhsil sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu sərgi Amerikada təhsil almaq istəyən tələbələr üçün gözəl şansdır. Biz Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq.
Qeyd edək ki, sərgi ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən təşkil edilib. Sərginin keçirilməsində məqsəd azərbaycanlı tələbələrin ABŞ-da təhsil almalarına yardım etməkdir. Sərgidə ABŞ-ın 26-dan çox universiteti təmsil olunub.