13 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları oktyabrın 19-da respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 14 ictimai iaşə müəssisəsində monitorinqlər keçirib. İstehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 13 müəssisədə nöqsanlar müəyyən olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 1, həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında vasitəsilə məlumat almaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]