İsmayıllı sakini həmkəndlisinin avtomobilinə atəş açıb VİDEO
İsmayıllı, 20 aprel, AZƏRTAC
İsmayıllı rayonunda kənd sakini həmkəndlisinin avtomobilini atəşə tutub.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, hadisə Namazgah kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Qalib Mürsəlovun ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Fərman Mirzəzadəyə məxsus “ LADA - 21214” markalı avtomobilə qismən ziyan vurduğu barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən xuliqanlıq törətməkdə şübhəli bilinən Qalib Mürsəlov saxlanılıb və ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı Çinayət Məcəlləsinin 211-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.