Göyçayın Çaxırlı kəndində yanğın olub VİDEO
Göyçay, 6 iyul, AZƏRTAC
Göyçay rayonun Çaxırlı kəndində yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın kənd sakini Salmanov Elman İlqar oğluna məxsus fərdi yaşayış evinin həyətində olan 40 kvadratmetr tövlədə baş verib və iki ton ot yanıb. Yanğın daha sonra tövləyə bitişik birmərtəbəli, 260 kvadratmetr sahəsi olan 4 otaqlı evə keçib və evin 100 kvadratmetr çardaq hissəsi yanıb.
Hadisə yerinə gələn FHN-in Göyçay rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi evin tamamilə yanmasının və yanğının daha geniş əraziyə yayılmasının qarşısını alıb.
Yanğının başvermə səbəbləri araşdırılır.