Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Xarici İşlər naziri “Nasionalnaya oborona” jurnalına müsahibə verib

Azərbaycanın Xarici İşlər naziri “Nasionalnaya oborona” jurnalına müsahibə verib

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyada çıxan “Nasionalnaya oborona” jurnalına müsahibə verib.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

X X X

-Ceyhun Əziz oğlu, Dağlıq Qarabağda Azərbaycanın Silahlı Qüvvələri ilə erməni hərbi dəstələri arasında təmas xəttində genişmiqyaslı döyüş əməliyyatlarına gətirib çıxarmış səbəblər nədən ibarətdir?

-İlk növbədə, izah etməliyəm ki, erməni hərbi dəstələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində dislokasiya olunmuş Ermənistan silahlı qüvvələrinin nizami bölmələridir. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı silahlı təcavüzə başladı. Onun qoşunları ölkəmizə soxuldu və Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal etdi.

Erməni qoşunları bu təcavüzün gedişində çoxsaylı hərbi cinayətlər törədib, o cümlədən yaşayış məntəqələrini atəşə tutub, insanları girov götürüb, azərbaycanlı hərbi əsirləri və dinc sakinləri, o cümlədən qadınları və uşaqları qətlə yetirib, onlara işgəncə veriblər. Etnik təmizləmə nəticəsində bu ərazilərdəki yerli azərbaycanlı əhali oradan tamamilə qovulub.

1994-cü ilin may ayında atəşkəs elan ediləndən sonra döyüş əməliyyatlarının aktiv fazası başa çatıb. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi, Azərbaycan ərazilərinin işğaldan tamamilə, dərhal və qeyd-şərtsiz azad edilməsi haqqında tələblərin təsbit olunduğu dörd qətnaməsini yerinə yetirməkdən imtina etdi.

Ermənistan özünün hüquqazidd əməllərinin nəticələrini ört-basdır etmək üçün işğal olunmuş Azərbaycan ərazilərində oyuncaq rejim yaratdı. Bu addım dünya birliyini çaşdırmadı. Dünyada heç bir təşkilat, heç bir dövlət, yeri gəlmişkən, Ermənistan da daxil olmaqla Yerevanın nəzarəti altında olan oyuncaq qurumun legitimliyini tanımayıb.

Ermənistan bütün bu illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə, əsas beynəlxalq təşkilatların çoxsaylı qərarlarına rəğmən məqsədyönlü şəkildə işğalçılıq siyasəti yürüdüb. Ermənistandan və digər ölkələrdən etnik ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə kütləvi şəkildə köçürülməsi təşkil edilib. İşğalçılar Azərbaycanın mədəni-tarixi irsini vəhşicəsinə məhv edir, yaşayış məntəqələrinin adlarını dəyişdirir, təbii ehtiyatları vəhşicəsinə istismar edirlər.

Ermənistanın danışıqlar masası arxasında mövqeyi qeyri-konstruktiv xarakter daşıyır, təcavüzün və işğalın nəticələrini möhkəmlətmək üçün vaxt qazanmaq məqsədi güdürdü. Buna paralel olaraq, Ermənistan atəşkəsi mütəmadi olaraq pozur, həm bizim silahlı qüvvələrin mövqelərini, həm də Azərbaycanın təmas xətti boyunca yaşayan mülki əhalisini atəşə tuturdu. Beləliklə, Ermənistan faktiki olaraq bizim dinc sakinləri girovlara çevirməklə terror taktikasını həyata keçirirdi.

Erməni tərəfin bu cür taktikası, məsələn, 2016-cı ilin aprelində münaqişə zonasında vəziyyətin kəskinləşməsinə gətirib çıxarmışdı. Bu il sentyabrın 27-də baş vermiş hadisələr xalqımızın səbir kasasını daşdıran son damla oldu. Bazar günü səhər tezdən erməni qoşunları faktiki olaraq, faşist işğalçıların 1941-ci il iyunun 22-də tətbiq etdikləri plan üzrə hərəkət edərək Azərbaycanın hərbi mövqelərini və təmas xətti boyunca yerləşən dinc yaşayış məntəqələrini şiddətli atəşə tutdular. Azərbaycanın Ağdam, Tərtər, Cəbrayıl və Füzuli rayonlarındakı kəndlərinə və qəsəbələrinə güclü artilleriya zərbələri endirildi. Azərbaycan vətəndaşları arasında ölənlər və yaralananlar oldu. Evlər, məktəblər, xəstəxanalar dağıdıldı.

Bu şəraitdə Azərbaycan tərəfi təcili cavab tədbirləri görməyə məcbur oldu. Bizim qoşunların əks-hücum əməliyyatlarının əsas məqsədi mülki əhalini sonrakı atəşlərdən və hücumlardan qorumaq idi.

-Bütövlükdə, “Paşinyan amili” vəziyyətə necə təsir göstərir?

-Bəli, təsir göstərir, özü də çox güclü şəkildə. Yaranmış vəziyyət Ermənistanın yeni rəhbərliyinin məsuliyyətsiz siyasətinin məntiqi nəticəsidir. 2018-ci ilin yazında “Soros çevrilişi” nəticəsində hakimiyyətə gələndən sonra Paşinyan Azərbaycan Prezidentinə müraciətlə ona münaqişə ilə bağlı vəziyyəti daha ətraflı öyrənmək üçün vaxt verilməsini xahiş etdi, sülh prosesinə konstruktiv yanaşma nümayiş etdirəcəyinə söz verdi. Prezident Əliyev bu xahişə konstruktiv yanaşdı, hesab etdi ki, Ermənistan rəhbərliyində sağlam düşüncə və xoş məram üstünlük təşkil edəcək. Təəssüf ki, Paşinyan və onun administrasiyası başqa yol seçdilər.

N.Paşinyan və onun administrasiyası praktiki olaraq, hakimiyyətə gəldiyi ilk vaxtdan münaqişə ətrafında vəziyyətin eskalasiyası prosesini işə saldılar. Onların ilk addımlarından biri Ermənistanın yeni baş nazirinin doğma oğlunu Ermənistanda deyil, Azərbaycanın işğal edilmiş ərazilərində hərbi xidmət keçməyə göndərilməsi oldu. Bu, faktiki olaraq, ilk siyasi siqnal və piar kampaniyasının başlanğıcı oldu. Paşinyan işğal edilmiş ərazilərə tez-tez səfər etməyə başladı və belə səfərlərin birində şəxsən “Qarabağ Ermənistandır və nöqtə” şüarını irəli sürdü. Bu şüar münaqişənin nizamlanmasına Paşinyanın həqiqi yanaşmasını tam aydın göstərdi, çünki əgər Qarabağın Ermənistan olduğunu fərz etsək, Azərbaycan kiminlə və nə barədə danışıqlar aparmalıdır, belə danışıqların nə mənası var?

Ermənistanın digər rəhbərləri də Paşinyandan geri qalmırdılar. Məsələn, müdafiə naziri “ərazilər müqabilində sülh” formulundan imtina etdiyini bildirdi və “yeni ərazilər uğrunda yeni müharibə” məzmunlu yeni hərbi konsepsiya irəli sürdü. Beləliklə, Ermənistan Azərbaycana münasibətdə özünün təcavüzkar siyasətinin yeni mərhələsini rəsmən bəyan etdi.

Bu il iyulun 12-16-da Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz hissəsində, - yeri gəlmişkən, bu hissə Qarabağ münaqişəsi zonasından xeyli uzaqda yerləşir, - irimiqyaslı hərbi təxribat törətdilər. Bizim mövqelərimizin və kəndlərimizin artilleriya atəşinə tutulması nəticəsində Azərbaycan hərbi qulluqçuları həlak oldular. Artilleriya atəşlərinin hər iki tərəfdən yeganə mülki qurbanı Azərbaycan kəndinin 76 yaşlı bir sakini oldu. O, sərhəddən uzaqda yerləşən evinin həyətində Ermənistan ərazisindən artilleriya zərbəsi nəticəsində baş vermiş partlayış səbəbindən həyatını itirib.

Təəssüf ki, N.Paşinyan Tovuz hadisələrindən sonra da məqsədyönlü şəkildə eskalasiyanı davam etdirdi. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini mütəmadi olaraq pozur, Azərbaycanın dinc əhalisini atəşə məruz qoyur, təxribatlar törədirdi. Avqustun 23-də təmas xəttinin Goranboy hissəsində erməni təxribat-kəşfiyyat qrupu Azərbaycan qoşunlarının mövqelərini ələ keçirməyə cəhd göstərdi. Bu cəhd dəf edildi, təxribat qrupunun komandiri əsir götürüldü və etiraf xarakterli ifadə verdi ki, həmin qrupun məqsədi arxa cəbhədə Azərbaycanın dinc əhalisinə qarşı terror aktları törətmək idi.

Ermənistan xaricdən külli miqdarda silah və texnika almağı davam etdirir, həm Azərbaycan ilə dövlət sərhədində, həm də ölkəmizin işğal olunmuş ərazilərində öz qoşunlarının sıxlığını artırırdı.

Ermənistan hətta başqa ölkələrdə baş verən faciəli hadisələrdən də həyasızcasına öz məqsədləri üçün istifadə edir. Məsələn, bu il avqustun 4-də Beyrutda baş vermiş dağıdıcı partlayışdan sonra Azərbaycan Livana 1 milyon dollar həcmində yardım göstərib. Ermənistan isə Livandan olan etnik erməniləri ölkəmizin işğal edilmiş ərazilərinə köçürmək kampaniyasına başlayıb.

Paşinyan danışıqlar prosesini tam pozmaq məqsədilə Azərbaycana danışıqlar prosesinin bərpa edilməsi üçün açıq-aşkar absurd xarakterli yeddi ilkin şərt irəli sürüb.

Bütün bu addımlar bu gün Paşinyan administrasiyasının məqsədyönlü siyasətinin məntiqini daha yaxşı anlamağa imkan verir, bu siyasət 2020-ci il 27 sentyabr hadisələrinə gətirib çıxarıb.

Bu avantürist siyasətin səbəblərindən biri Ermənistanda vəziyyətin pisləşməsidir. Paşinyanın tərəqqi və inkişaf haqqında populist vədləri boşa çıxdı. Ermənistanda iqtisadi tənəzzül davam edir, işsizlik artır, həyat səviyyəsi aşağı düşür. Daxili siyasi böhran güclənir, cəmiyyətdə parçalanma genişlənir. 2020-ci ildə Ermənistan hökuməti koronavirus pandemiyasına qarşı mübarizədə faktiki olaraq, uduzub. Bütün bunlar Ermənistan əhalisinin ən fəal və əməkqabiliyyətli hissəsinin mühacirətinin artmasına gətirib çıxarır.

Ermənistanın yeni rəhbərliyi bu cür problemlərlə üzləşəndən sonra əhalinin diqqətini yayındırmaq və gündəliyi dəyişmək ümidi ilə Qarabağ cəbhəsində eskalasiya xətti yürütməyə başlayıb.

-Siz Dağlıq Qarabağda baş verən hadisələrə beynəlxalq birliyin reaksiyasını necə qiymətləndirirsiniz?

-Təəssüf ki, 27 sentyabr hadisələrinə gətirib çıxarmış amillər arasında beynəlxalq birliyin mövqeyinin yetərincə fəal olmadığını da qeyd etmək lazımdır. Ermənistan Azərbaycana qarşı təcavüz törətməklə, Azərbaycan ərazilərini hərbi işğal altında saxlamaqda davam etməklə beynəlxalq hüququ kobud şəkildə pozub. Hətta BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin qəbul edilməsi də erməni təcavüzünə son qoyulması və onun nəticələrinin aradan qaldırılması üçün kifayət etməyib.

Bəzi beynəlxalq böhranlar və münaqişələr zamanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin çox operativ şəkildə və tam həcmdə yerinə yetirilməsini yaxşı xatırlayırıq. Erməni təcavüzü ilə bağlı halda isə qətnamələr, təəssüf ki, kağız üzərində qaldı. Ermənistan BMT-nin qətnamələrini yerinə yetirməkdən imtina etdi, amma dünyada heç kəs bu təcavüzkar dövlətdən cavab tələb etmədi. İkili standartların tətbiq edilməsi kimi ədalətsiz praktika göz qabağındadır.

Beynəlxalq birliyin lazımi praktik reaksiyasının olmaması erməni tərəfində qələbə eyforiyası və onun nə istəsə edə biləcəyi barədə yalan illüziya yaratdı. Xatırlatmaq istəyirəm ki, Paşinyan administrasiyası 27 sentyabr hadisələrinə iki ildən çox hazırlaşmışdı. Onları hər bir mərhələdə, növbəti təhrikçi bəyanatdan və ya hərəkətdən sonra dayandırmaq olardı və lazım idi. Bunun üçün bütün siyasi, diplomatik imkanlar vardı. Təəssüf ki, bu, baş vermədi. Əvəzində biz Ermənistana və Azərbaycana ünvanlanmış neytral xarakterli, sülhə çağıran və iki tərəf arasında tarazlığı saxlamağa yönəlmiş şablon bəyanatlar eşidirdik. Bu cür yanaşma özünün yararsız olduğunu sübut etdi. Təcavüzkar ilə təcavüzün qurbanını, işğalçı ilə işğalın qurbanını bərabər tutmaq ədalətsizlikdir və düzgün deyil.

-Azərbaycan döyüş əməliyyatlarının gedişində öz qarşısına hansı məqsəd və vəzifələri qoyurdu? Döyüş əməliyyatları hansı prinsiplər və şərtlər daxilində dayandırılmalıdır?

-Əsas məqsəd Azərbaycan ərazilərinin işğalına son qoymaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Ermənistan bu əraziləri tutub və onları azad etməkdən boyun qaçırır. Biz bu münaqişənin dinc yolla nizamlanmasına dair 1992-ci ildən, yəni 28 il ərzində ATƏT-in himayəsi altında danışıqlar aparmışıq və həmişə bizim bu formata sadiq olduğumuzu vurğulamışıq.

Təəssüf ki, indiyə qədər Ermənistan tərəfindən konstruktiv yanaşma görməmişik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in və digər təşkilatların qərarlarını rədd edib. Ermənistan rəhbərliyi danışıqlar masası arxasında artıq əldə edilmiş razılaşmalardan imtina edərək və münaqişə zonasında mütəmadi silahlı təxribatlar törədərək danışıqlar prosesini hər vasitə ilə uzadırdı. Bu vəziyyət əbədi davam edə bilməzdi.

Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın Ermənistana ərazi iddiaları yoxdur. Biz sərhədləri pozmuruq, ona qarşı hərbi əməliyyatlar aparmırıq. Azərbaycan Silahlı Qüvvələri yalnız Azərbaycanın ərazisində, ölkəmizin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində fəaliyyət göstərir. Bizim hərəkətlərimiz BMT Nizamnaməsinin özünümüdafiə hüququ haqqında 51-ci maddəsinə, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanır.

Bir daha təkrar edirəm, Azərbaycan tərəfin başlıca prinsipi, başlıca məqsədi, BMT Təhlükəsizlik Şurasının qətnamələrində və ATƏT-in qərarlarında nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının suveren ərazilərinin işğalına son qoymaqdır. Əgər Ermənistan rəhbərliyi həqiqətən sülh istəyirsə, qoy öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlasın.

-Münaqişə zonasında mülki əhali arasında çoxsaylı qurbanlar olması və yaşayış məntəqələrinə zərbələr endirilməsi barədə xəbərlər olub. Azərbaycan tərəfin bu barədə hansı məlumatları var? Azərbaycan müharibə dövründə mülki əhalinin qorunması və hərbi əsirlərlə rəftar barədə Cenevrə konvensiyalarına sadiqdirmi?

-Təəssüf ki, mülki əhali arasında qurbanlar haqqında xəbərlər doğrudur. Münaqişə zonasının coğrafiyasının xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycanın kəndləri, qəsəbələri və rayon mərkəzləri sentyabrın 27-də cəbhə xəttinə çevrilmiş təmas xəttindən çox yaxın məsafədə yerləşirlər. Bəzən bu məsafə cəmi bir neçə yüz metrə bərabər olur, yəni erməni qoşunları tərəfindən dinc sakinlərə zərbələr endirilməsi üçün uzaqvuran silahlara ehtiyac olmur. Erməni tərəfi bu amildən həmişə, hətta 1994-cü ildə əldə edilmiş atəşkəs dövründə də fəal istifadə edib. Azərbaycanda dinc əməklə məşğul olan fermerlər və çobanlar, adi sakinlər öz evlərində bu cür qəsdən törədilmiş atəşlərin qurbanları olurdular.

Dəhşətlisi budur ki, qurbanların çoxu uşaqlardır. Məsələn, 2011-ci ilin mart ayında erməni snayperinin dəqiq atəşi ilə Ağdamın Orta Qərvənd kəndinin sakini, 9 yaşlı məktəbli Fariz Bədəlov öldürülüb. 2017-ci ilin iyul ayında Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində yaşyarımlıq Zəhra Quliyeva və onun nənəsi həlak olub.

Kədərli haldır ki, bu hüznlü siyahı genişlənməkdə davam edir. Qeyd etdiyim kimi, münaqişənin yeni fazası sentyabrın 27-də məhz Azərbaycanın yaşayış məntəqələrinə erməni artilleriyasının şiddətli zərbələrindən sonra başlanıb. Erməni qoşunları mərd-mərdanə döyüşdə uğur qazana bilmirlər, buna görə Azərbaycanın şəhərlərini və kəndlərini atəşə tutaraq qisas alırlar. Bəzən Ermənistan ərazisindən bilərəkdən, artilleriya və raket silahlarından istifadə etməklə mülki hədəflərə atəş açılır.

Bu il oktyabrın 13-nə olan məlumata görə, erməni tərəfin atəşləri nəticəsində Azərbaycanın 42 dinc sakini həlak olub, daha 206 nəfər yaralanıb. Beş nəfərdən ibarət Qurbanovlar ailəsinin aqibəti hiddətləndirici hadisədir. Onlar Naftalan rayonunun Qaşaltı kəndində evlərinin artilleriya atəşinə tutulması nəticəsində həlak olublar. Fidan Qurbanovanın 14, onun qardaşı Şəhriyarın 13 yaşı vardı.

Ermənistan silahlı qüvvələrinin hərəkətləri beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının və onlara əlavə protokolların kobud şəkildə pozulmasıdır. Bu cinayətkar taktika Ermənistan rəhbərliyinin öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə yanaşmasının mahiyyətini ifşa edir.

Öz növbəsində, Azərbaycan Cenevrə konvensiyalarının və onlara əlavə protokolların tələblərinin yerinə yetirilməsi barədə öz öhdəliklərinə tam sadiqdir. Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatlarının hədəfləri yalnız hərbi təyinatlı obyektlərdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi komandanlığı Ermənistanın mülki əhalisinə müntəzəm olaraq müraciət edir, onlara bu cür obyektlərin yanında olmamağı tövsiyə edir.

Qeyd etməliyəm ki, əldə olan məlumata görə erməni tərəfi texnikanı və silahları qəsdən mülki obyektlərin yanında yerləşdirir və ya yaşayış məntəqələrindən atəş açır. Onların əsas məqsədi cavab atəşindən yaxa qurtarmaq və ya qəsdən Azərbaycan tərəfini onların mülki əhalisinə atəş açmağa təhrik etmək, daha sonra bu hadisələrdən “qara piar” üçün istifadə etməkdir. Erməni tərəfi Ermənistan ərazisindən də bizim dinc əhalini atəşə tutur ki, cavab reaksiyasına nail olsun, sonra bundan fəal istifadə etsin. Vurğulamalıyam ki, Azərbaycan qoşunları bütün hallarda özlərini məsuliyyətli, intizamlı və korrekt aparırlar.

-Yerevan iddia edir ki, döyüş əməliyyatlarında Türkiyə Azərbaycanın tərəfində iştirak edir. Bu cür bəyanatlar nə dərəcədə əsaslıdır? Ermənistanın Su-25 hücum təyyarəsinin qəzaya uğraması hadisəsinə də aydınlıq gətirə bilərdinizmi?

-Türkiyə Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini dəstəklədiyini bildirib. Türkiyə Azərbaycana mənəvi dəstək verir. Münaqişədə Türkiyənin iştirak etməsi barədə şayiələri erməni tərəfi yayır. Yəqin ki, erməni təbliğatının bir məqsədi öz hərbi uğursuzluqlarına görə öz vətəndaşları qarşısında özünə haqq qazandırmaq cəhdidir.

Ermənistanın təyyarəsi məsələsinə gəldikdə isə, bizdə olan məlumata görə, sentyabrın 29-da Ermənistana məxsus iki Su-25 hücum təyyarəsi Ermənistan ərazisində dağa çırpılaraq qəzaya uğrayıb. Erməni tərəfi hələlik yalnız bir təyyarənin qəzaya uğramasını və onun pilotunun həlak olmasını rəsmən etiraf edib.

-Rusiya Xarici İşlər Nazirliyi bəzi Yaxın Şərq ölkələrindən qanunsuz silahlı dəstələrin yaraqlılarının münaqişə zonasına göndərilməsi ilə bağlı narahatlığını bildirib. Siz bu bəyanatı şərh edə bilərdinizmi?

-Vurğulamaq istəyirəm ki, erməni tərəfi 1990-cı illərin əvvəlində Azərbaycana qarşı təcavüz və bizim ərazilərin işğalı zamanı öz əməliyyatlarında xarici dövlətlərdən, o cümlədən Yaxın Şərq ölkələrindən olan yaraqlılardan, terrorçulardan və muzdlulardan fəal istifadə edirdi. Buna əyani nümunələrdən biri beynəlxalq terrorçu Monte Melkonyandır. Onun müxtəlif ölkələrdə, o cümlədən Livanda vətəndaş müharibəsi zamanı törədilmiş çoxsaylı qanlı aksiyalarda iştirak etməsi məlumdur. Melkonyan özü kimi cinayətkarlardan ibarət dəstəyə başçılıq edərək Azərbaycanın dinc əhalisinə qarşı bir sıra terror aktları və hərbi cinayətlər törədib. 1993-cü ildə Qarabağ münaqişəsi zonasında öldürülmüş Melkonyan bu gün Ermənistanda milli qəhrəman kimi hörmətlə yad edilir.

Ermənistan əcnəbi yaraqlılardan və muzdlulardan istifadə edilməsi kimi cinayətkar praktikanı heç vaxt dayandırmayıb. Bu praktikanın vasitələrindən və onun informasiya “örtüklərindən” biri xarici ölkələrdən etnik ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi kampaniyasıdır. Bu baxımdan, yaxın vaxtlarda Ermənistanda “könüllü xalq dəstələri” yaradılması barədə xəbərlər xüsusi diqqətə layiqdir. Bu dəstələr əcnəbi yaraqlıların inteqrasiyası və sonradan onlardan fəal istifadə edilməsi üçün əlverişli format yaratmağa imkan verir.

Onu da vurğulamaq istəyirəm ki, Ermənistanın Azərbaycanı guya əcnəbi yaraqlılardan istifadə etməkdə təqsirləndirmək cəhdləri tamamilə əsassızdır. Onların ortaya atdığı bu yalanların məqsədi gündəliyi dəyişmək, münaqişənin genişlənməsi və onun xarakterinin dəyişməsi barədə təsəvvür yaratmaq, dini və digər amilləri şişirtmək, ölkəmizi özünə haqq qazandırmağa məcbur etməkdir. Bizim xaricdən hər hansı döyüşçüləri cəlb etməyə obyektiv ehtiyacımız yoxdur. Azərbaycanın səfərbərlik potensialı kifayət qədərdir. Ölkəmizin nizami silahlı qüvvələri zəruri hazırlıq keçib, müasir silahlar və texnika ilə təchiz olunub.

-Yerevandan səslənən bəyanatlarda Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının mümkünlüyü elan edilir. Əgər bu, baş verərsə sonrası necə olacaq?

-Belə bir qərar Ermənistan rəhbərliyinin məsuliyyətsiz və avantürist siyasətinin zirvəsi olar. Ermənistan bu cür hərəkət etməklə beynəlxalq münasibətlərin ənənələrinin və əsaslarının bütün korpusuna etinasızlıq göstərməklə beynəlxalq hüququ tamamilə tapdalamış olar. Ermənistan bu münaqişənin ilk günündən bizim dediyimizi rəsmən təsdiqləmiş olar. Azərbaycan Ermənistanın ərazi iddialarının, erməni təcavüzünün və işğalın qurbanıdır. Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, - buraya Rusiya Federasiyası da daxildir, - vasitəçiliyi ilə münaqişənin nizamlanmasına dair danışıqların indiki formatını tamamilə məhv etməyə bərabər olacaq.

Ermənistanın bu cür qərarı labüd olaraq münaqişənin eskalasiyasının yeni mərhələsinə, regionda vəziyyətin pisləşməsinə gətirib çıxarar.

-Siz Dağlıq Qarabağın və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyini necə təsəvvür edirsiniz?

-Əsas amil Ermənistan rəhbərliyinin beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmək istəməməsidir. Əgər iki dövlətdən biri digərinə ərazi iddiaları irəli sürürsə, onun ərazilərinə soxulursa və onun torpaqlarını işğal edirsə, bu iki dövlət arasında normal münasibətlər yaradılması barədə danışmaq qeyri-mümkündür.

Ermənistan rəhbərliyinin bu barədə düşünməsinin vaxtı yetişib ki, onların pozucu siyasəti öz ölkələrini hansı vəziyyətə gətirib çıxarıb, iqtisadi və sosial sahələrdə hansı nəticələrə nail olublar, regional inkişaf və əməkdaşlıq layihələrindən necə təcrid olunmuş vəziyyətə düşüblər. Artıq yada salmaq vaxtıdır ki, həqiqi dövlət xadimlərinin əsas xüsusiyyətləri məsuliyyət, uzaqgörənlik və düzlükdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kolumbiyaya zəlzələ ilə əlaqədar yardım olunur, ölkədə təhlükəsizliyi təmin etmək üçün tədbirlər görülür – YENİLƏNİB 4

Böyük Britaniyada bəzi çayların və su anbarlarının səviyyəsi aşağı düşüb

Ukraynaya ballistik raketlərlə zərbələr endirilib, ölənlər və yaralananlar var - YENİLƏNİB 2

ABŞ-nin Nümayəndələr Palatasına Rusiyaya və İrana qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsi təqdim olunub

Tətildən sonra işə qayıtmaq niyə çətin olur? – İsveçli psixoloqdan məsləhət

Sahib Məmmədov: Aleksandr Düma Xurşidbanu Natəvanın möhtəşəm analitik zəkasına heyran qalıb

Almaniyanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6301-ə çatıb

ABŞ Prezidenti: Hörmüz boğazını minalardan təmizlədik

“Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan qanun layihəsi TBMM-də qəbul olunub

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır

Zelenski: Şimali Koreya Rusiyanın ballistik raketlərlə təchizatını davam etdirir

ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb

Sabahdan Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verib

Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır

Türk ekspert: Cənubi Qafqazda əməkdaşlıqyönümlü yeni nizama keçid ehtimalı güclənir

Rəcəb Tayyib Ərdoğan: Ankara və Vyananın strateji əməkdaşlığı Orta Dəhlizin inkişafına töhfə verə bilər

“Comic Con Astana 2026” festivalını rekord sayda insan ziyarət edib

Ukrayna dronları Rusiyanın neft-kimya kompleksinə zərbə endirib

Bu saata olan əsas xəbərlər

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub

Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edilib

Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb

Çəltik sahələrinin dövlət dəstəyi ilə sığortalanması avqustun 20-dək davam edəcək

Naxçıvanda ictimai nəqliyyatda istifadə olunacaq kartların satışı hansı ünvanlarda həyata keçiriləcək?

Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma ev sahibliyi edəcək

Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirilməsi təşkil edilib

İngiltərədə şirkət quran azərbaycanlı: Texnologiyanın əvəz etdiyi kadr yox, onu idarə edən mütəxəssis olun

Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır

Azərbaycanda daha bir aqropark yaradılıb

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Çexiyada işsizlik 4,4 faizə yüksəlib

HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert VİDEO

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ