İsveçdə mobil telefonlar üçün fövqəladə xəbərdarlıq sistemi istifadəyə veriləcək
Stokholm, 22 may, AZƏRTAC
İsveçdə vətəndaşların mobil telefonlarına xüsusi tətbiq quraşdırılmadan birbaşa səsli siqnallar və xəbərdarlıqlar göndərməyə imkan verən yeni “SE Alert” fövqəladə xəbərdarlıq sistemi tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, İsveç Mülki Müdafiə və Hazırlıq İdarəsi, həmçinin İsveç Poçt və Telekommunikasiya İdarəsi tərəfindən hazırlanan sistem “cell broadcast” texnologiyası əsasında qurulub və iyulun 1-dən mərhələli şəkildə tətbiq edilməyə başlanacaq. Gələn həftə hakimiyyət orqanları əhali üçün genişmiqyaslı məlumatlandırma kampaniyasına start verəcək.
Mülki müdafiə naziri Karl-Oskar Bolinin sözlərinə görə, yeni texnologiya təhlükə barədə əhalini bir neçə saniyə ərzində xəbərdar etməyə imkan verəcək. Cihazları nisbətən yeni proqram versiyasına qədər yenilənmiş mobil telefon istifadəçilərinin təxminən 95 faizinin bu bildirişləri qəbul edə biləcəyi bildirilir. Xəbərdarlıqlar həm bütün əhaliyə eyni vaxtda, həm də ayrıca müəyyən coğrafi ərazidə yaşayan insanlara göndərilə bilər.
Sistemin hazırlanmasına səbəb Höteborqdakı “Oceana” akvaparkında baş vermiş yanğın zamanı kütləvi SMS göndərişi ilə bağlı yaranan problemlər olub. Həmin vaxt bəzi insanlar xəbərdarlıqları yalnız bir sutkadan sonra alıblar. Yeni sistem mövcud VMA xəbərdarlıq sistemi və “Hesa Fredrik” sirenasını əvəz etməyəcək, onlarla paralel fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [10:30]
Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb
- 22.09.2026 [08:44]
Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxıb
- 22.09.2026 [05:25]
Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib
- 22.09.2026 [03:37]
Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb
- 22.09.2026 [03:26]
SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib
- 22.09.2026 [02:18]
Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb
- 22.09.2026 [01:40]
Kuba ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu pisləyib
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [18:40]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:38]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [18:34]
Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 21.09.2026 [18:26]
Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub
- 21.09.2026 [18:26]
Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub
- 21.09.2026 [18:11]
Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib
- 21.09.2026 [17:53]
Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir
- 21.09.2026 [17:49]
Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib
- 21.09.2026 [17:48]
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir
- 21.09.2026 [17:48]
MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib
- 21.09.2026 [17:40]